Qırğızıstanın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Jeenbek Kulubayev Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə tərəflər Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 19-20-də Azərbaycana rəsmi səfərinin yekunlarını müzakirə edib, iki ölkənin dövlət başçıları arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün konkret addımları müəyyən ediblər.
J.Kulubayev qeyd edib ki, Qırğızıstan-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ölkələr arasında əməkdaşlıq üçün yeni imkanlar açır.
Tərəflər qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək, ikitərəfli münasibətləri genişləndirmək və dərinləşdirmək üçün sıx işgüzar əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər. (Report)
Bizim.Media
- A-
- A
- A+
Siyasət
02:29 / 28.04.2022
Qırğızıstanın xarici işlər naziri Azərbaycan səfiri ilə görüşdü
Hazırda oxunan: Qırğızıstanın xarici işlər naziri Azərbaycan səfiri ilə görüşdü
Hazırda oxunan: Qırğızıstanın xarici işlər naziri Azərbaycan səfiri ilə görüşdü
71790
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.