Makronun yenidən seçilməsi nədən xəbər verir? – Fransa üzrə mütəxəssisdən ŞƏRH

Hazırda oxunan: Makronun yenidən seçilməsi nədən xəbər verir? – Fransa üzrə mütəxəssisdən ŞƏRH

71747

“Fransızlar pislərin içindən yaxşısını seçməyə üstünlük verdilər. Makron heç özü də bu nəticələri gözləmirdi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Fransa üzrə mütəxəssis, türkiyəli siyasi ekspert Meltem Aydoğan səsləndirib.

Ekspert bildirib ki, seçki artıq tarix olsa da nəticələr gələcək haqqında bəzi proqnozları dəqiqləşdirməyə kömək edir: 

“Bu beş ildə sarı jilet böhranı, pandemiya böhranı və müxtəlif hüquqi böhranlarla mübarizə aparan fransızlar Makronun yenidən seçiləcəyini gözləmirdilər. İlk turdan əvvəl Makron Ukrayna-Rusiya müharibəsi başlayanda siyasi kampaniyasını açdı və o, həm prezident, həm də yenidən namizəd kimi vəzifəsini davam etdirdi. Tənqidlər çoxaldı, o, birinci tura qədər digər 11 namizədlə debat etmək istəmədi, televiziya proqramlarını özü seçdi və bərabərlik mandatına baxmayaraq, kampaniyalara təsir etdi”.

Ekspert ikinci turda namizədlərin canlı yayım debatında Makronun aqressiv çıxış etməsi və özünə həddən artıq güvəndiyi üçün tənqid edilməsinə də diqqət çəkib:

“O, bu müzakirə zamanı öz proqramını təqdim etməyib, yalnız keçmiş işi ilə öyünüb, Le Penə (Rusiya ilə yaxınlığı, islamofob düşüncələrinə görə) hücum edib. Makrona səs verən fransız seçicilərinin yarısının Le Penin əleyhinə səs verdiyini görə bilərik. Əslində Makron qazanmadı, Le Pen uduzdu. Fransızlar ifrat sağçı, islamofob və anti-Avropa prezidenti istəmədiklərinə görə pislərin içindən yaxşısını seçməyə üstünlük verdilər”.

Digər partiyaların Makrona verdiyi dəstəyə də toxunan siyasi şərhçi Meltem Aydoğan Makronun qələbəsinin gizli məqamlarından söz açıb:

“Respublikaçılar, Yaşıllar və Sosialist Partiyası Makronu dəstəklədiklərini açıq şəkildə ifadə etdilər. Amma birinci turda üçüncü olan “Əzilməz Fransa”nın lideri Jan-Lyuk Melanşon strategiyanı elə həyata keçirdi ki, seçiciləri Le Penə bir səs belə səs verməsinlər . O, dolayısı ilə onlardan Makrona səs vermələrini istəyib”.

Xanım ekspert əlavə edib ki, gənc seçicilərə gəlincə isə 19-24 yaş arası gənclər səsvermədə baykot yolunu seçiblər: 

“Səsvermədə bitərəf qalan seçicilərin 28%-nin etibarsız səsiləri Makronun yenidən qalib gəlməsində mühüm rol oynayıb” - deyə ekspert fikirlərini yekunlaşdırıb.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin