“Təəssüf olsun ki, indiki vəziyyətdə nəzakətli olmaq çox çətindir. Biz belə vəziyyətin həlli yollarını düşünməliyik və yeganə həll yolu Avropa dəyərlərinə riayət etməkdir”.
Bizim.Media xəbər verir ki, bunu deputat Səməd Seyidov AŞPA-nın Yaz sessiyasındakı çıxışı zamanı deyib.
“Burada bəzi məqamlara aydınlıq gətirmək lazımdır. Erməni deputat Vardanyan Azərbaycandakı ermənilərdən danışdı.
Bu ifadəni aydınlaşdırmaq istəyirəm. Ona cavab olaraq demək istəyirəm ki, müharibəyə qədər, hətta müharibə zamanı da Azərbaycanda ermənilər olub, var və olacaq. Bu gün Bakıda minlərlə erməni yaşayır. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır və onlara hörmətlə yanaşırıq” – deyə Seyidov qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:05 / 27.04.2022
"Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır" - Səməd Seyidov - VİDEO
Hazırda oxunan: "Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır" - Səməd Seyidov - VİDEO
Hazırda oxunan: "Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır" - Səməd Seyidov - VİDEO
71723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.