İstanbulda Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələrinin daimi Şurasının təsis edilməsi ilə bağlı iclas keçirilib.
Bizim.Media xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstandan olan nümayəndə heyətləri iştirak edib.
Qazaxıstan tərəfi isə tədbirə videoformatda qatılıb.
İclasda türkdilli dövlətlər arasında konstitusiya quruculuğunda əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin artırılması, habelə məhkəmə sistemində aparılan islahatlar sahəsində birgə tərəfdaşlığı özündə əks etdirən çoxtərəfli sənədlər imzalanıb.
Azərbaycanı tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev təmsil edir. O, açıqlamasında türkdilli dövlətlərin belə bir Şurasının yaradılmasının vacib xarakter daşıdığını bildirib (report).
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:55 / 27.04.2022
Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələri Şurası təsis olundu - İSTANBULDA
Hazırda oxunan: Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələri Şurası təsis olundu - İSTANBULDA
Hazırda oxunan: Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələri Şurası təsis olundu - İSTANBULDA
71720
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.