Fransanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı üzrə səfiri Bris Rolufel (Brice Roquefeuil) gələn həftə Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa Avropa və Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
“Fransa Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu yaxınlardakı telefon söhbətini, sərhəd məsələlərinə dair ikitərəfli komissiyanı toplayaraq iki ölkə arasında sülh sazişinə dair danışıqlara başlamaq qərarını alqışlayır.
Fransa bundan sonra da bu işlərə tam dəstək verəcək”, - qurumun açıqlamasında bildirilir.
Qeyd edək ki, səfir Bris Rokufel aprelin 11-14-də Ermənistanda səfərdə olub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:01 / 27.04.2022
Fransanın Şərq Tərəfdaşlığı proqramı üzrə səfiri Azərbaycana gələcək
Hazırda oxunan: Fransanın Şərq Tərəfdaşlığı proqramı üzrə səfiri Azərbaycana gələcək
Hazırda oxunan: Fransanın Şərq Tərəfdaşlığı proqramı üzrə səfiri Azərbaycana gələcək
71693
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.