“Qarabağ erməniləri bizim məsələmizdir, Ermənistana heç bir dəxli yoxdur” – Zərdüşt Əlizadə

Hazırda oxunan: “Qarabağ erməniləri bizim məsələmizdir, Ermənistana heç bir dəxli yoxdur” – Zərdüşt Əlizadə

71655

Ermənistanda iqtidarda olan “Vətəndaş müqaviləsi” partiyasının deputatı Akop Aslanyan Qarabağ ermənilərinin aqibətiylə bağlı yeni bir iddia ilə çıxış edib. 

Belə ki, erməni parlamentari mətbuata verdiyi açıqlamada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının heç də Qarabağ məsələsinin həlli olmadığını bildirən sərsəm bəyanatlar səsləndirib:

“Bu gün beynəlxalq birlik Ermənistana deyir: Siz Azərbaycanın ərazi bütövlüyünü tanımalısınız, Azərbaycan da sizin ərazi bütövlüyünüzü. Biz də çalışarıq ki, öz müqəddəratını müəyyən etmək hüququ müəyyən dərəcədə Artsax (Qarabağ-red) xalqına münasibətdə reallaşdırılsın. Başqa dövlətlərin ərazisində anklav olan onlarca dövlət var və beynəlxalq birlik, Birləşmiş Millətlər Təşkilatı bunu sözü gedən dövlətlərin ərazi bütövlüyü tanınandan sonra qəbul edib”.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, bu ehtimal barədə danışmaq hələlik bir qədər tezdir.
 

MÖVZU İLƏ BAĞLI:

Zərdüşt Əlizadə: “İndi ASALA yoxdur, onun arxasında “KQB” dayanırdı”


Politoloq indiki mərhələdə atılmalı olan addımlara da diqqət çəkib:

“İlk növbədə, onlar Azərbaycanın ərazi bütövlüyünü tanısınlar. Gərəkdir ki, Onlar Azərbaycana qarşı onların ərazi iddialarının olmadığını etiraf etsinlər. Dəmir yolunun çəkiliş koordinatlarını göstərsinlər, başlasınlar dəmir yolunu çəkməyə. Sünik, yaxud Zəngəzur kim nə cür istəyir adlandırsın, dəmir yolu açılsın. Azərbaycanla Naxçıvanı birləşdirən İran üzərindən keçən yollar çəkilsin. Bizim aramızda diplomatik və ticari münasibətlər başlasın”.

Zərdüşt Əlizadə Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsinin Ermənistana heç bir aidiyyatının olmadığını sözlərinə əlavə edib.

“Qaldı Qarabağ erməniləri ilə bizim məsələmizə, bunu biz onlarla öz aramızda həlll edəcəyik. Bunun Ermənistana heç bir dəxli yoxdur” , - Zərdüşt Əlizadə fikirlərini yekunlaşdırıb.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin