“Azərbaycan ABŞ-la əməkdaşlığı çox yaxşı davam etdirir. Sadəcə olaraq ABŞ konqresində bir qrup erməni diasporu ilə əlbir olan saxta siyasətçilər var. Hətta Tramp bu siyasətçilər haqqında “onlar hər zaman yalan danışırlar” deyib. Bu da açıq demokratik bir cəmiyyətin yaratdığı problemlərdir”.
Bu sözləri Bizim.Media ya açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, erməni diasporunun bu cür ucuz cəhdləri ABŞ-Azərbaycan münasibətlərini korlaya bilməz.
“Bu cür siyasətçilərin fəaliyyəti haqqında araşdırmalar olmalıdır. Ermənilərin ABŞ-la Azərbaycanın münasibətlərini korlamaq üçün çox cəhd etdiklərinə baxmayaraq, bu əlaqələrə ciddi xələl gətirə bilməyəcəklər. Çünki Azərbaycan bu bölgənin ən aparıcı ölkəsidir. Rəsmi Bakı ərazisində əhəmiyyətli strateji sistemlər formalaşdırıb. Ermənilər onsuz bu oyunu hər yerdə oynayırlar”.
Asim Mollazadə, həmçinin faşist mövqeyini dəstəkləyən və xaricdə yaşayan erməni qüvvələrinin müharibənin uzadılmasında maraqlı olduqlarını bildirib.
“Faşist dəyərləri üzərinə köklənmiş, xaricdə yaşayan erməni disaporası bu saxta soyqırım oyunları ilə müharibəni mövcudluğunda maraqlıdır. Çünki onlar bunun sayəsində vəsaitlər toplayıb, oyunlarını davam etdirirlər. Azərbaycanın bölgədə yaratdığı sülh onların planlarını darmdağın edir”.
Millət vəkili İsraillə Azərbaycan münasibətlərindən də danışıb. Siyasətçi bildirib ki, yəhudilərlə Azərbaycan əlaqələri ta qədimlərə gedib çıxır.
“Azərbaycan uzun illərdir ki, İsraillə tərəfdaşlıq həyata keçirir. Bizim bu ölkə ilə çoxşaxəli əlaqələrimiz var. Bunun əsası onların 1000 illərlə Azərbaycanda qardaşlıq vəziyyətində yaşamağından irəli gəlir. Bu gün İsraildə Azərbaycana dəstək verən iri təşkilatlar var. Bu təşkilatlar iki dövlət arasında əlaqələrin güclənməsi üçün fəal işlər görürlər. Dünyada fəaliyyət göstərən yəhudi icmaları hər zaman Azərbaycana dəstək göstərməyə çalışırlar. İnanıram ki, yaxın zamanlardaTürkiyə İsrail münasibətləri də tezliklə düzələcək”,- deyə o, qeyd edib.
Sonda A.Mollazadə Avropa şurasının müharibə zamanı Azərbaycana qarşı sərgilədiyi ikili oyunların səbəblərindən də danışıb.
“Burada da erməni qara qüvvələrinin rolu böyükdür. Koorupsiyaya qurşanmış həyasız parlament siyasətçiləri satılaraq, Azərbaycana qarşı erməni oyunu oynayırlar. Ancaq ermənilər unudurlar ki, Azərbaycan bu gün Avropa şurası üçün enerji təhlükəsizliyi sahəsində böyük rol oynayır. Mən hər zaman bunu Avropa şurasında müzakirələr zamanı deyirəm".
"Azərbaycan faşizmlə mübarizədə bir sıra Avropa ölkələrindən daha çox qurban verib. Azərbaycanın enerjisinin hesabına faşizm dağıdılıb. Ona görə Avropada faşizmin yenidən bərpa olunması bütün dünya üçün yeni təhlükə kəsb edə bilər. Ermənilərin Nidjenin, SS –in dəyərlərinə əsaslanan ideologiyaları Avropaya ziddir. Ancaq Avropada çox təhlükəli siyasi cərəyanlar var. Biz yenə də şəffaflıq nəticəsində bunların oyunlarına son qoya bilərik”, - deyə o, sonda fikrini tamamlayıb.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:37 / 02.01.2021
“Ermənilər ABŞ-Azərbaycan münasibətlərini korlaya bilməz” - Asim Mollazadə
Hazırda oxunan: “Ermənilər ABŞ-Azərbaycan münasibətlərini korlaya bilməz” - Asim Mollazadə
Hazırda oxunan: “Ermənilər ABŞ-Azərbaycan münasibətlərini korlaya bilməz” - Asim Mollazadə
7164
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.