Deputatın “ölkədə savadsızlıq tüğyan edir” fikrinə spikerdən ETİRAZ  

Hazırda oxunan: Deputatın “ölkədə savadsızlıq tüğyan edir” fikrinə spikerdən ETİRAZ  

71529

“Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması peşə təhsilinin inkişafına müəyyən təkan verdi. Lakin bir müddət sonra durğunluq yarandı. 6 ildə 5 direktor dəyişdi. Təhsil pillələri arasında zəif əlaqə mövcuddur”.   

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Etibar Əliyev Milli Məclisin plenar iclasında səsləndirib.  

Deputat bu sahədə bir sıra statistik göstəricilərə də diqqət çəkib:  

“Ötən il icbari təhsilini başa vurmuş 11 min və 11-ci sinifi başa vuran 6 min şagird peşə təhsilinə üz tutub. Bu peşə təhsilinin durumudur. Çox aşağı göstəricidir. Bu il 11-ci sinif məzunlarından 23650 nəfəri 0-50 bal toplayıb. Ölkədə savadsızlıq tüğyan edir”.  
Spiker Sahibə Qafarova millət vəkilinin “ölkədə savadsızlıq tüğyan edir”, - fikirlərinə cavab olaraq qeyd edib ki, “bu cür fikir səsləndirmək doğru olmazdı, çünki təhsil sahəsində ölkəmizdə kifayət qədər addımlar atılır”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin