“Sberbank”dan qeyri-müəyyən cavab

Hazırda oxunan: “Sberbank”dan qeyri-müəyyən cavab

715

Qondarma “Dağlıq Qarabağ Respublikasına” ianə yığılması prosesində “Sberbank”ın iştirakı faktı ilə bağlı Azərbaycan Milli Bankının etiraz məktubuna cavab Rusiya mətbuatında işıqlandırlıb. Cavab məktubunda  “Sberbank” siyasi məqsədlərlə kommersiya və ictimai təşkilatlara yardım göstərmədiyi vurğulanır. “”Sberbank” çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi haqda qanuna uyğun olaraq fəaliyyət göstərir. Müştərilər tərəfindən həyata keçirilən əməliyyatların izlənməsi qaydalara uyğun həyata keçirilir."  

Xatırladaq ki,  Mərkəzi Bankının keçirdiyi monitoriq zamanı “Dağlıq Qarabağ Respublikası”na ianə yığılmasında  “Sberbank”ın iştirakı faktı üzə çıxıb. Yardımların “Sberbank”dakı müxbir hesablarından “Donation We and our borders”, “Финансовая помощь Мы и наши границы ”,  “Арцах”, yaxud “Artsakh” adları altında müxtəlif valyutalarla həyata keçirildiyi təsbit olunub.

Bununla əlaqədar Azərbaycan Mərkəzi Bankı dərhal Rusiya Mərkəzi Bankına, eləcə də “Sberbank”a kəskin etiraz məktubu ünvanlayıb.  Bunun Azərbaycanın maraqlarına zidd olduğuna diqqət çəkilib. Azərbaycan Mərkəzi Bankı “Sberbank”ın və digər maliyyə institutlarının bu cür aksiyalarda iştiraklarını dərhal dayandırılmasını tələb edib.

“Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı bir iqtisadi fəaliyyətin Azərbaycan hökumətinin razılığı olmadan həyata keçirilməsi beynəlxalq hüquq normalarına və ölkənin qanunvericiliyinə ziddir , - deyə məktubda xüsusi vurğulanır.

Etiraz məktubunu dolayı cavablandıran “Siberbank” ın açıqlamasında  isə konkretlik gözə dəymədi. Bu açıqlama  Azərbaycan Mərkəzi Bankını qane edəcəkmi?  Yoxsa etirazların davamı olacaq?  Hələlik Mərkəzi Bank da susur. Məsələni diqqətdə saxlayacayıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin