“Bildiyiniz kimi, Azərbaycanda “Sputnik” agentliyi fəaliyyət göstərir və onun rəhbəri Marqarita Simonyandır. Baxmayaraq ki, bu kanal ümumiyyətlə Azərbaycanda dezinformasiyaların yayılması ilə məşğuldur”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Vahid Əhmədov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Şuşada keçirilən qurultayın “Zəfər qurultayı” adlandırılması mütərəqqi məna daşıyır” - Spiker
Deputat qeyd edib ki, buna rəğmən sözügedən kanal hələ də fəaliyyət göstərir:
“Üstəlik, onun rəhbərliyinə Abzaxiya və cənubi Osteiyada fəaliyyət göstərmiş polkovnik gətirilib. Hesab edirəm ki, bu agentlik Azərbaycanda ümumiyyətlə fəaliyyətini dayandırlmalıdır”.
Murad Əhmədov, Bizim.Media