Şofer Cənubi Qafqaza hansı statusda göndərilib? – ABŞ-ın Ermənistandakı səfirliyindən AÇIQLAMA

Hazırda oxunan: Şofer Cənubi Qafqaza hansı statusda göndərilib? – ABŞ-ın Ermənistandakı səfirliyindən AÇIQLAMA

71027

“Endryu Şofer ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş məsləhətçisidir”.

Bizim.Media xəbər verir ki, bu açıqlamanı ABŞ-ın Ermənistandakı səfirliyi “Azatutyun” radiosunun yazılı sorğusuna cavab olaraq bildirib.

Səfirliyin cavabında deyilir: 

“Onun bu vəzifədəki öhdəliklərinə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi fəaliyyət göstərmək və Gürcüstan-Rusiya münaqişəsi üzrə beynəlxalq müzakirələrdə ABŞ nümayəndə heyətinə rəhbərlik etmək daxildir”.
 

MÖVZU İLƏ BAĞLI:

Şofer İrəvana niyə gəlib? – ABŞ-dan Qarabağla bağlı yeni XƏBƏR VAR


Səfirlik Endryu Şoferin bölgəyə hansı statusda, həmsədr, yaxud baş məsləhətçi kimi səfər etdiyini söyləməkdə çətinlik çəksə də, “Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiqdir”, - deyə cavab verib.

ABŞ-ın İrəvandakı səfirliyi Minsk qrupu ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Ermənistan və Azərbaycanın birbaşa, birbaşa qarşılıqlı səviyyədə qarşılıqlı fəaliyyət üçün son səylərini alqışlayırıq. Hər iki tərəfin öhdəliklərinə sadiqliyi və çevikliyi, eləcə də birbaşa ikitərəfli əməkdaşlıq regionda davamlı sülhün əldə olunmasının açarıdır. Birləşmiş Ştatlar bu səylərdə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Ermənistan və Azərbaycana kömək etməyə hazırdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin