Prezident: “Ermənistan rəhbərliyi bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır”

Hazırda oxunan: Prezident: “Ermənistan rəhbərliyi bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır”

70914

“Biz sülh gündəliyi təqdim etdik, Ermənistandan hər hansı cavab gəlmədi. Beynəlxalq təşkilatlar da demək olar ki, buna o qədər də maraq göstərmədi”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, ona görə biz konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdük:

“Ermənistan bu beş prinsipi qəbul etdi. Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycan hər hansı ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Bu, post-münaqişə dövrü üçün hesab edirəm ki, vacib məqamdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin