"Azərbaycan və Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən sonra hesab edirdim ki, Ermənistan rəhbərliyi nəhayət dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların nə siyasi, nə iqtisadi, nə də insan resursu yoxdur".
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayıb, Prezident çıxış edir - FOTO
"Hesab edirdim ki, Ermənistanda anlayacaqlar ki, XXI əsrdə qonşu dövlətin torpağının böyük hissəsini işğal altında saxlamaq mümkün deyil. Ancaq əfsuslar olsun ki, həm Ermənistan rəhbərliyi, eyni zamanda beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar fərqli fikirdə idi. 30 ilə yaxın davam edən danışıqların işğalı əbədiləşdirmək, Ermənistan işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Əlbəttə biz heç vaxt buna razı ola bilməzdik.
Vətən müharibəsində göstəridiyimiz iradə, qətiyyət döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha göstərdi.
Biz tək Ermənsitanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq. Biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə qələbə qazanmışıq. Ona görə bu qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var döndü yoxdur", - Prezident bildirib.
Bizim.Media