“Azərbaycan xalqının maraqları hər şeydən üstündür” – Prezident

Hazırda oxunan: “Azərbaycan xalqının maraqları hər şeydən üstündür” – Prezident

7081

“Biz Ermənistan, onun havadarları, onun himayədarları və ermənipərəst qüvvələr qarşısına təkbaşına çıxmışdıq. Təkbaşına!”

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa təbrikində deyib.

Müharibə dövründə Azərbaycana qarşı sülh müqaviləsi imlanması yönündə olunan təzyiqlərə də toxunan Prezident İlham Əliyev, bu cəhdlərin də laiqincə cavablandırıldığı qeyd edib: 

“Heç kimi bizi bizə sərf etməyən sülh müqaviləsi variantına məcbur edə bilmədi. Halbuki bir neçə dəfə belə cəhdlər oldu. Bir neçə dəfə, hətta müəyyən saxtakarlıq edərək sənədlərin tərtibatında guya səhvlər olub deyə bizi hansısa varianta təhrik etməyə, sövq etməyə çalışırdılar. Amma keçmədi, keçməyəcəkdi”

“Çünki güclü iradə var idi və var. Azərbaycan xalqının maraqları hər şeydən üstündür”, deyə prezident qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin