Türkiyəli general: "2020-ci Xarıbülbül ili oldu"

Hazırda oxunan: Türkiyəli general: "2020-ci Xarıbülbül ili oldu"

7072

"Xarıbülbül ili həm Azərbaycana, həm də türk dünyasına böyük uğurlar gətirdi. 1071-ci ildə Malazgird döyüşü ilə türklərə Anadolu qapısının açılması, 1453 İstanbul fəthi nədirsə, Azərbaycan üçün də 2020-ci belə əhəmiyyətlidir"

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz vurğuladı.

 

MÖVZU İLƏ BAĞLI

''Sanksiyalar Türkiyəni gücləndirəcək'' - GENERAL



Yücel Karauzun sözlərinə görə, 200 ildən sonra Azərbaycan geri çəkilməyi dayandırmış və torpaqlarını azad etmişdir.

"Bu sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının zəfəridir. Qələbə ilə Ali Baş Komandanınız İlham Əliyev, ordunuz və milli-mənəvi dəyərləri yüksək tutan xalqınız tarixə düşdü. Nə qədər qürur duysaq, sevinsək azdır"

Yücel Karauz əldə olunan qələbəni 2021-ci ildə də qorumaq üçün Türkiyənin Nuru paşa ruhu ilə Azərbaycanın yanında olacağını dedi.

"2021-ci illə əlaqədar xırda-para problemlər var və onların çözülməsi üçün müəyyən faktorlara ehtiyac var. Birincisi birlik və bərabərliyi qorumaq, ikincisi ordunun sabah müharibə olacaq kimi hazır vəziyyətdə olmasıdır. Üçüncü faktor kimi isə Türkiyə və Azərbaycanın hər zaman bir səs, bir nəfəs olmasını deyə bilərəm"

Yücel Karauz bildirdi ki, 10 noyabr razılaşmasından sonra Türkiyə də Azərbaycan da 1992-ci ildəki kimi "oldu-keçdi” deməyəcək.

Bu səbəbdən də Rusiyanın üzərinə böyük vəzifələr düşür. Kreml keçmişdə olan bəzixoşagəlməzlikləri silmək üçün neytrallığı qoruyaraq sülhməramlı missiyasını yerinə yetirməlidir ki, bölgədə yeni toqquşmalar yaşanmasın"

Bu səbdən və digər hüquqi məsələlərə görə, Ankara Bakıya dəstəyini əsirgəmiyəcək deyən Türkiyəli general qeyd etdi ki, bütün bunlar çətin və uzun zaman tələb edir.

Yücel Karauz əlavə etdi ki, bundan sonra da Türkiyə və Azərbaycan bayraqları yüksəklərdə birgə dalğalanacaq.

"Bizim gücümüz birliyimizdir. Allah bu birliyi əbədi etsin, yaşasın Azərbaycan, yaşasın Türkiyə"
Sonda Yücel Karauz bu sevinci yaşadan şəhidlərə rəhmət dilədi, onların əziz xatirəsinin anıldığını söylədi və qazilərimizə şəfa arzuladı. "Şəhid ailələrinin, anaların, ataların, bacı-qardaşların və övladlarının qarşısında baş əyirəm.

Onlar qanları ilə bu zəfəri yazmasaydılar, bu gün biz qürur hissi keçirə bilməzdik. Onlara borcumuz heç cür ödənilməz deyə lütfən haqlarını halal etsinlər" deyə Yücel Karauz fikrini tamamlayıb.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin