Rusiya atəşkəslərin pozulması dili ilə nə mesaj verir? - Türkiyəli analitik SİRRİ AÇIQLADI

Hazırda oxunan: Rusiya atəşkəslərin pozulması dili ilə nə mesaj verir? - Türkiyəli analitik SİRRİ AÇIQLADI

70593

Kocaeli Universitetinin professoru, türkiyəli analitik İrfan Kaya Bizim.Media-ya verdiyi açıqlamada Rusiya Müdafiə Nazirliyinin son günlərdə Ermənistanın atəşkəsi pozması ilə bağlı verdiyi bəyanatları şərh edib.

Politoloqun sözlərinə görə, Rusiya Federasiyası Müdafiə Nazirliyinin son bəyanatında Ermənistanın atəşkəsi pozması ilə bağlı iddialar üç istiqamətdə qiymətləndirilə bilər: 

“ - Əvvəla, 10 noyabr 2020-ci il tarixli  sülh müqaviləsinə görə tərəflər arasında dəqiq sərhədlərin müəyyən edilməsi məqsədilə Komissiya yaradılıb və fəaliyyətini davam etdirir. Bu kontekstdə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması son sərhəd müəyyən edilməmişdən əvvəl nəzarət etdikləri ərazinin genişləndirilməsi cəhdi kimi qiymətləndirilə bilər”. 

- İkinci məqam isə odur ki, bu hadisə Türkiyə və Azərbaycanla sərhədləri açmaq, diplomatik əlaqələr qurmaq, sülh yaratmaq istəyən Ermənistan administrasiyasının qeyri-sabitliyini göstərir. Digər ehtimal kimi, atəşkəsin pozulması Ermənistandakı anti-Paşinyan siyasi qrupların və diasporun təxribatı ola bilər. 

- Sonuncu, ən vacib məqam isə Rusiya, tərəflərin arasında məhz sülhməramlılarının dəstəyi ilə atəşkəsin pozulmasının aradan qaldırıldığını sərgiləmək istəyir. Ona görə də belə açıqlamaları Rusiyanın regionda siyasi hərbi təsirini genişləndirmək cəhdi kimi də şərh etmək olar. Çünki Rusiya Müdafiə Nazirliyinin bəyanatında bu məsələ xüsusi vurğulanır”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin