İlham Əliyev: "Qırğızıstanla münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatır"

Hazırda oxunan: İlham Əliyev: "Qırğızıstanla münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatır"

70585

“Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb”. 

Bizim.Media xəbər verir ki, bunu Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovla geniş tərkibdə görüşü zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qırğızıstan Prezidenti və xanımının şərəfinə rəsmi ziyafət verildi


Dövlət başçısı deyib ki, strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir: 

“Əminəm ki, gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik. Bu gün biz investisiya layihələri ilə bağlı çox məsələləri müzakirə etdik. Bu gün geniş tərkibdə görüşdə bu barədə daha ətraflı danışacağıq – nəqliyyat infrastrukturu ilə bağlı məsələlər, bizim nəqliyyat imkanlarımızı birləşdirməyin mümkünlüyü.

Biz Qırğızıstanda və Azərbaycanda həyata keçirilmiş layihələr və onları qarşılıqlı faydalı şəkildə necə əlaqələndirməyin mümkün olması barədə fikir mübadiləsi aparmışıq. Kənd təsərrüfatında əməkdaşlığın inkişafı ilə bağlı məsələləri də müzakirə etmişik. Burada da böyük perspektivlər var. Yəni, məsələlərin əhatə dairəsi genişdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin