Prezidentin Avropa İttifaqı rəsmisi ilə görüşdə verdiyi 5 MÜHÜM MESAJ

Hazırda oxunan: Prezidentin Avropa İttifaqı rəsmisi ilə görüşdə verdiyi 5 MÜHÜM MESAJ

70539

Xəbər verdiyimiz kimi, aprelin 19-da Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı tərəflər bir sıra məsələlərdə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıblar. Müzakirələrdə əsas diqqət çəkən məqamlar isə Azərbaycanla Ermənistan arasında sülh prosesi gündəliyi ətrafında cərəyan edib.

Xüsusilə də İlham Əliyevin bəyanatları mühüm ismarışlarla zəngin olmaqla birlikdə, sülh prosesinin gedişatı ilə bağlı vəziyyətin obyektiv mənzərəsini göz önündə canlandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Növbəti ildə dəmir və avtomobil yollarını Ermənistan sərhədinədək tamamlayacağıq” - VİDEO


Prezidentin açıqlamalarındakı ən mühüm mesajları bu cür təsnifləşdirə bilərik:

1. Düşünürəm ki, aprelin 6-da baş tutan Brüssel görüşü başlanğıc nöqtəsi idi. Çünki biz sərhəd üzrə komissiyaların və eyni zamanda, sülh sazişi üzrə işçi qrupların yaradılması barədə razılığa gəldik.

2. Dəmir yolu ilə bağlı mən Prezident Mişelə məlumat verdim ki, biz dəmir yolunun Azərbaycan ərazisində 100 kilometrdən artıq 60 kilometrlik hissəni tikmişik və tikintini gələn il tamamlayacağıq. Lakin əfsuslar olsun ki, Ermənistanda onlar heç bu işin texniki-iqtisadi əsaslandırılmasına başlamayıblar, bu da prosesin ləngiyə bilməsini göstərir.

3. Azərbaycan tərəfindən avtomobil yollarında fəal tikinti işləri gedir və yolun böyük hissəsi artıq inşa olunub. Biz, həmçinin ümid edirik, yəqin ki, növbəti ilin sonuna kimi avtomagistralı Ermənistan sərhədinə çatdıracağıq. Lakin təəssüf ki, Brüssel görüşü zamanı Ermənistanın baş naziri coğrafi koordinatları qeyd etməmişdir. Mən fevralın 4-də videokonfrans vasitəsilə keçirilən görüşdə bu məsələni qaldırdım, lakin cavab olmadı.

Aprelin 6-da mən yenidən yolun coğrafi koordinatlarının təqdim edilməsini istədim, lakin cavab olmadı. Ümidvaram ki, tezliklə onu əldə edəcəyik.

4. Aprelin 13-də Ermənistanın baş naziri də normallaşma prosesi və Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul etməsi barədə açıq şəkildə danışdı. İndi hər iki tərəfin bu rəsmi açıqlamasından sonra biz ciddiyyətimizi masa üzərində sübuta yetirməliyik. 

5. Burada biz Avropa İttifaqının, xüsusilə də artıq prosesə dərindən cəlb olunmuş Prezident Şarl Mişelin səylərinə çox ümid edirik. O, artıq prosesə çox yaxşı bələddir. Düşünürəm ki, bu, uğurlu danışıqlar üçün çox ümidverici mühit yaradır. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin