Dünya Azərbaycanlıları Həmrəylik Günü bizi qədim tarixə və mədəniyyətimizə bağlayan gözəl bir bayramdır.
Bunu Bizim.Media-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə söyləyib.
MÖVZU İLƏ BAĞLI:
''Xankəndinin statusu bərpa edilməlidir'' - Deputat
Onun sözlərinə görə, 31 Dekabr şərəfli bir tarixdən başlayır:
“SSRİ-nin süqutu ərəfəsində Azərbaycanın Naxçıvan və İranla sərhədində yaşayan yerli əhali dəmir məftilləri dağıtdı və bir-birilərinə qovuşdular. Azərbaycan xalqı bu addımı ilə dünyaya bölünən toplum olmadığını göstərmiş oldu.
Sonra Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edərkən 1991-ci il 16 dekabrda 31 Dekabrı Həmrəylik Günü elan etdi. Bu tarixi hadisə xalqımızın milli birliyinin möhkəmlənməsinə çox böyük kömək oldu.
Bunun nəticəsidir ki, Vətən müharibəsində millət öz birliyini ortaya qoydu. Uşaqdan-böyüyə kimi hər kəs mübarizəyə qoşuldu.
Və 44 günlük müharibədə Azərbaycan xalqı erməni faşistlərini tarixi torpaqlarından qovdu. Bundan sonra digər məsələlər də 10 noyabrda bağlanmış üç tərəfli sazişə əsasən həll olunacaq”.
Gülşanə Mustafayeva, Bizim.Media