Mixail Finkel: “Yaradana şükr etməlisiniz ki, sizə İlham Əliyev kimi lideri bəxş edib”

Hazırda oxunan: Mixail Finkel: “Yaradana şükr etməlisiniz ki, sizə İlham Əliyev kimi lideri bəxş edib”

6981

İsraildə Qarabağı bir ilə minalardan təmizləyəcək texnologiya var. İsrail bu məsələdə Azərbaycana yaxından kömək edəcək.

''2020-ci il yeni əsrə bütün insanlıq üçün ən ağır və stresli tarix kimi daxil olacaq. Bəşəriyyət iqtisadi böhran və pandemiyaya bürünən vaxt sanki Tanrı elə bir şərait yaratdı ki, bu il Azərbaycan üçün böyük qələbə, zəfər tarixi kimi yadda qalsın. Əksər politoloqlar elə düşünürdü ki, Azərbaycan Qarabağı heç vaxt azad edə bilməyəcək. Möcüzə baş verir və istedadlı rəhbər, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün tarixi torpaqlarını geri qaytarır''.

''Əlbəttə ki, bu hadisə sizin tarixinizə və xalqın yaddaşına qızıl hərflərlə yazılacaq. Bu zəfərlə prezident İlham Əliyev də azad edən lider, ata-baba torpaqlarını geri qaytaran rəhbər, bütöv Azərbaycanın əsasını qoyan biri kimi tarixə həkk olunacaq''.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında israilli tarixçi, politoloq Mixail Finkel bildirdi.

 

MÖVZU İLƏ BAĞLI:

Mixail Finkel: "Rəsmi İrəvan terrorçuları qəhrəmanlaşdırır" - ÖZƏL



O qeyd etdi ki, “Ərazisinə görə bəzi Avropa ölkələri boyda olan Qarabağı qaytarmaq üçün İlham Əliyev illərdir ki, Azərbaycan ordusunu bu qələbəyə hazırlayırdı:

''Silahlı qüvvələri qərb nümunəsinə uyğun qurdu, ən yeni silah və texnologiyaları Azərbaycanın müdafiə sisteminə daxil etdi, zabitlərin hazırlıq səviyyəsinin artırılmasına xüsusi diqqət ayırdı. Bunu unutmaq olmaz və xalq kimi Yaradana şükr etməlisiniz ki, sizə bu cür fürsəti yaradaraq İlham Əliyev kimi lideri bəxş etdi. Çünki bu döyüş meydanından əlavə, informasiya və diplomatiya müharibəsi idi. Azərbaycan xalqının övladları hər sahədə qəhrəmanlıq göstərdi''.

2021-ci illə bağlı Azərbaycandan gözləntilərini optimist qiymətləndirən Mixail Finkel Bakının ilk vəzifəsinin ermənilərin mina basdırdığı torpaqların təmizlənməsidir:

''Məndə olan məlumatlara görə, ermənilər alçaqcasına məzarlıq və dinc sakinlərin ola biləcəyi digər yerlərdə 1 milyondan çox gizli mina quraşdırıb. Bununla yanaşı Qarabağda tank əleyhinə minalar da var ki, onların çoxu yollarda quraşdırılıb və bu səbəbdən ölüm hallarına şahidlik edirik. Bu iş 15 ildən çox da vaxt ala bilər. İsrail Qarabağı bir ilə minalardan təmizləməyə qadir texnologiyalara sahibdir''.

''Bununla yanaşı həmin texnologiyalar dronlarla çalışır deyə heç bir insan itkisi qeydə alınmır''.

''Həmin dronlar yerin 1-2 metr dərinliyində olan hər şeyin rəsmini çəkir və elektromaqnit şüaları həmin minaları aktivləşdirir, boş ərazidə partlayışlar baş verir. Yaxınlıqda kiminsə olmadığına görə, ölən və yaralanan olmur. Bu məsələdə İsrail kömək edəcək''.

Prezident İlham Əliyevin Qarabağı çiçəklənən bağa çevirəcəyi barədə vədinin icra olunacağına inandığını deyən israilli politoloq, Qarabağda yeni kənd təsərrüfatı müəssisələrinin yaradılacağını və bunun həm iş yerləri, həm vergi gəlirləri baxımından ölkəyə irimiqyaslı kömək edəcəyini bildirdi.

“Yollar inşa olunacaq, evlər tikiləcək, yeni şəhərlər salınacaq. 44 günlük savaşda Azərbaycanın yanında olan ölkələr gələcək və investiya qoyub, biznes quracaqlar”.

İsrailli tarixçi və politoloq Mixail Finkelin fikrincə, 2021-ci ildə bütün dünya Azərbaycanın çiçəklənməsinə və inkişafına şahidlik edəcək. “Bu səbəbdən də Azərbaycanla bağlı 2021-ci ilə proqnozum çox nikbindir və pandemiya da yekunlaşacaq, iqtisadi artım olacaq”, - deyən Mixail Finkel müsahibəsini yəhudi deyimi ilə bitirdi – “Yanğından sonra adətən varlanırlar”.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin