Türk Dövlətləri Təşkilatına ödənişlərin yeni bölgüsü müəyyənləşdi

Hazırda oxunan: Türk Dövlətləri Təşkilatına ödənişlərin yeni bölgüsü müəyyənləşdi

69658

Prezident İlham Əliyev “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol”un təsdiq edilməsi barədə” qanunu təsdiqləyib.

Bizim.Media xəbər verir ki, qanuna əsasən, Özbəkistanın Türk Dövlətləri Təşkilatına üzv olması ilə əlaqədar təşkilatın Katibliyinin büdcəsinə məcburi ödənişlərin üzv dövlətlər arasında bölgüsü dəyişib.

Maliyyə ili təqvim ilinin yanvar ayının 1-dən başlayan və dekabrın 31-də başa çatan vaxt müddətidir.

Ödənişlər isə cari maliyyə ilində Katibliyin fəaliyyəti ilə bağlı xərclərin ödənməsi məqsədilə Tərəflər üçün müəyyən edilmiş məbləğlər deməkdir. qanuna əsasən, Özbəkistanın Türk Dövlətləri Təşkilatına üzv olması ilə əlaqədar ödənişlərin bölgüsü aşağıdakı kimi müəyyənləşdirilib: 

Azərbaycan Respublikası - 2/18 

Qazaxıstan Respublikası - 4/18 

Qırğız Respublikası -1/18 

Türkiyə Respublikası - 8/18 

Özbəkistan Respublikası- 3/18. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin