“Fərrux kəndi ətrafında bütün yüksəkliklər Azərbaycanın nəzarəti altındadır” – Hərbi EKSPERT 

Hazırda oxunan: “Fərrux kəndi ətrafında bütün yüksəkliklər Azərbaycanın nəzarəti altındadır” – Hərbi EKSPERT 

69489

“Ermənistanın hazırkı siyasi rəhbərliyi orada yekun söz sahibi deyil və təəssüflər olsun, hələ də orada müxtəlif dairələr tərəfindən maliyyələşən revanşist qüvvələr hakimiyyətə təsir gücünə malikdirlər”.

Bu fikirləri Bizim.Media-ya hərbi ekspert, polkovnik Şair Ramaldanov söyləyib.

O bildirib ki, düzdür son iki gündə parlamentdə “Artsax” adlı qondarma qurumun əski parçası hökuməti təmmsil edən deputat tərəfindən ayaqlar altına tullandı və revanşit qüvvələri təmsil edən deputatlar da Qrabağa buraxılmadı. Amma bu özlüyündə teatrlaşdırılmış bir hadisələr xarakteri daşıyır. Ramaldanov qeyd edib ki, revanşistlər Azərbaycana təzyiq edəcək və qorxu yarada biləcək gücdə olan qüvvələr deyillər. Amma dəstəvuz olmağı bacarırlar və cəmiyyətdə çaşqınlıq yarada bilirlər. 

Ermənistanın post müharibə dövründə atəşkəsi pozma cəhdlərinə də münasibət bildirən ekspert çıxışına əlavə edib ki, ölkədəki hərbi-siyasi rəhbərliyin öz hüquq və öhtəliklərini yerinə yetirə bilməməsi bəzən də kənar dairələrin sifarişi ilə bağlıdır:
 

“Azərbaycan ikinci vətən müharibəsində Ermənistana və onun havadarlarına öz hərbi gücünü göstərdi, amma demək olmaz ki Azərbaycan bölgədə Ermənistan tərəfindən yarana biləcək təhlükələrdən tam sığortalanıb.


Ona görə də dövlətimiz öz əhalisinin təhlükəsizliyi üçün lazım olan bütün tədbirləri alıb və almaqdadır. Son olaraq Fərrux kəndində azad etdiyimiz strateji yüksəkliklərlə yaşayış məntəqələrimizin təhlükəsizliyi üçün əhəmiyyətli mövqe əldə etmişik və bu yüksəkliklər tamamilə Azərbaycan ordusunun nəzarətindədir”.

Leyla Şah, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin