“Ukraynadakı vəziyyətlə əlaqədar olaraq, bu ölkədə səfirliyimizin fəaliyyətinə tərəfimizdən daha geniş kontekstdə, təhlükəsizlik prizmasından yanaşılır”.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva yayıb.
Onun sözlərinə görə, hazırda Azərbaycanın Ukraynadakı səfirliyi öz fəaliyyətini ölkənin qərbində, Lvov şəhərində davam etdirir.
“Mövcud şərait imkan verəcəyi və müvafiq qərar qəbul ediləcəyi təqdirdə səfirliyimiz yenidən Kiyevdə fəaliyyət göstərəcək”, - deyə L.Abdullayeva bildirib.
Qeyd edək ki, son günlər bir neçə ölkə öz səfirliyini Kiyevə qaytarıb. Lakin Ukrayna rəsmiləri Kiyev bölgəsində müharibə təhlükəsinin hələ də qaldığını bildirirlər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:17 / 13.04.2022
Azərbaycan səfirliyinin Ukraynadakı fəaliyyəti ilə bağlı XİN-dən AÇIQLAMA
Hazırda oxunan: Azərbaycan səfirliyinin Ukraynadakı fəaliyyəti ilə bağlı XİN-dən AÇIQLAMA
Hazırda oxunan: Azərbaycan səfirliyinin Ukraynadakı fəaliyyəti ilə bağlı XİN-dən AÇIQLAMA
69478
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.