Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 11-də Finlandiya Statistika İdarəsinin Baş direktoru Markus Sovala və Litva Statistika Departamentinin Baş direktoru Yurate Petrauskiene ilə görüşüb.
Nazirlər Kabinetindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycanda statistika sahəsində islahatların aparıldığı, milli statistika sisteminin ölkədə və beynəlxalq aləmdə cərəyan edən sosial-iqtisadi proseslərə və müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirildiyi bildirilib.
Bakıda keçirilən “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” tvinninq layihəsinin yekunlarına həsr olunmuş konfransın əhəmiyyəti vurğulanıb.
Layihə çərçivəsində ölkəmizdə biznes statistikası sahəsinin müxtəlif istiqamətlərinin təkmilləşdirilməsi, o cümlədən kiçik və orta biznes üzrə statistik məlumatlarla işləyən yerli mütəxəssislərin potensialının artırılması ilə bağlı müzakirələr aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:56 / 11.04.2022
Əli Əsədov Finlandiya və Litva nümayəndələri ilə görüşdü
Hazırda oxunan: Əli Əsədov Finlandiya və Litva nümayəndələri ilə görüşdü
Hazırda oxunan: Əli Əsədov Finlandiya və Litva nümayəndələri ilə görüşdü
69109
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.