Mövqelərimizin atəşə tutulması “Qarabağ klanı”nın planıdır? – PƏRDƏARXASI MƏQAMLAR

Hazırda oxunan: Mövqelərimizin atəşə tutulması “Qarabağ klanı”nın planıdır? – PƏRDƏARXASI MƏQAMLAR

68702

44 günlük müharibənin başa çatmasından sonra sülh və inteqrasiya prosesi istiqamətində addımlar atılsa da Ermənistan tərəfinin sülhdənqaçma meyilləri dəfələrlə özünü büruzə verib.

Buna müvafiq olaraq, bütün vacib görüşlər və bəyanatların imzalanması ərəfəsində Ermənistan tərəfinin atəşkəsi pozması müşahidə olunub.

Ələxsus da, Qarabağ ərazisində yox, Ermənistan-Azərbaycan sərhədində bu tip təxribatlara daha çox şahidlik edirik.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Brüssel görüşündə nədən qorxurdu? – Türkiyəli politoloq SƏBƏBİ AÇIQLADI


Ermənistan tərəfinin bu cür təxribatlara əl atmaqla nəyi hədəflədikləri mövzusuna Bizim.Media üçün aydınlıq gətirən politoloq Qabil Hüseynli həm Brüssel görüşü ərəfəsində, həm də görüşdən sonra oxşar addımlara əl atıldığına diqqət çəkib:


“Bu orduda hələ də “Qarabağ klanı”nın, revanşist qüvvələrin qaldığını göstərir. Üstəlik belə bir təəssürat yaranır ki, ermənilər bundan təzyiq vasitəsi kimi istifadə edərək, danışıqlar prosesinin bundan sonrakı mərhələsinə təsir göstərmək istəyirlər”. 

Brüsseldə danışıqlar prosesinə yeni ciddi təkan verildiyini bildirən politoloq bölgədə sülh və sabitliyin yaranması üçün lazımi nünsların razılaşdırıldığını da fikirlərinə əlavə edib:

“Sanki erməni revanşist-millətçi dairələri bundan razı qalmayıblar. Onlar proseslərə əngəl yaratmaq, situasiyanı başqa məcraya yönəltmək istəyindədirlər. Lakin bunların ciddi təsiri olmayacaq, proseslər nəzərdə tutulduğu qaydada davam edəcək. Bundan əlavə, Avropa İttifaqının danışıqlarda vasitəçi kimi iştirakının prosesin uğurlu olması üçün qarantiya rolunu oynayacağını düşünürəm”.

Qabil Hüseynli Rusiyanın Cənubi Osetiyada olduğu kimi, Qarabağda da seçki kompaniyası keçirib, bölgəni Rusiyaya daxil etmək kimi səfeh fikirlərinin də reallaşmasının qeyri-mümkün olduğunu vurğulayıb.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin