Xankəndi ermənilərinin Rusiyaya birləşmək İDDİASI – Prosesin arxasında kim durur? 

Hazırda oxunan: Xankəndi ermənilərinin Rusiyaya birləşmək İDDİASI – Prosesin arxasında kim durur? 

68688

Erməni mətbuatının yazdığına görə, separatçı rejim Qarabağda Rusiyaya birləşmək məsələsi ilə bağlı qeyri-ictimai şəkildə imzatoplama kampaniyasına başlayıb. 

Qeyd edək ki, keçmiş sovet məkanında yaranan və Kremlin patronajlığı altına keçən bir sıra separatçı rejimlər Ukrayna-Rusiya müharibəsi fonunda Moskvaya “birləşmək” ideyasını gündəmə gətiriblər. İlk olaraq belə bir “təşəbbüslə” Luqanskdakı separatçılar çıxış edib.

Ardınca, anoloji niyyətini Cənubi Osetiya bildirir. İndi də görünür, onlardan “ruhlanan” Qarabağ separatçıları da hərəkətə keçmək qərarına gəlib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Azəriqaz" Xankəndinə gedən qaz xəttinin fəaliyyətini BƏRPA ETDİ 


Ekspertlərin fikrincə, Qarabağın Rusiyaya “birləşməsi” məsələsi tam xəyaldır. Onun reallaşması imkanı ümumiyyətlə yoxdur. Rusiya buna getməz. Çünki Moskva Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Həmçinin, Moskvada gözəl anlayırlar ki, Bakı ilə münasibətlərin pozulması Rusiyanın maraqlarına cavab vermir. Ona görə də erməni separatçıları nə qədər xəyal etsələr də, Rusiyanın həmin avantüraya uyacağı inandırıcı görünmür. 

Başlıcası isə, ermənilərin bu avantürasının gerçəkləşməsinə Azərbaycan heç zaman imkan verməyəcək. Ona görə də separatçıların bu istəyi də ürəklərində qalacaq. 

Bununla belə, ortaya belə bir niyyət atılıbsa, deməli bu xəstə xəyalları ermənilərə gerçək kimi qəbul etdirmək istəyən qüvvələr var. Belə qüvvələr bir tərəfdən erməni lobbisidirsə, digər tərəfdən, Qərb, həm də Şərqdə də onlara rast gəlmək olar. Onların məqsədi odur ki, nə olur-olsun bölgədə əmin-amanlıq, qonşular arasında əməkdaşlıq mümkün olmasın. Ermənilər isə öz xəstə təxəyyüllərinə uyğun olaraq təəssüf ki, hər zaman bu sayaq avantürist niyyətlərə uyurlar.

Bu arada sözügedən məsələ ilə bağlı Ermənistan Milli-Demokratik Qütb Şurası diqqətçəkən bir bəyanat yayıb.

Qurum qeyd edir ki, Qarabağda Rusiyaya birləşmək məsələsi ilə bağlı qeyri-ictimai şəkildə başlanan imzatoplama kampaniyası, bu xəyanət, təbii olaraq, Nikol Paşinyan administrasiyasının razılığı ilə baş verir. Biz Qarabağda yaşayan soydaşlarımıza müraciət edir və onları nəyin bahasına olursa-olsun, bu antierməni aksiyasının qarşısını almağa çağırırıq.

Xəbərdarlıq edirik ki, xain imzatoplama həm də Qarabağda yaşayan ermənilərin qovulması üçün əlverişli şərait yarada bilər”, – deyə bəyanatda bildirilir.

Erməni qurumunun açıqlamasına görə, imzatoplama kampaniyası şəxsən Paşinyanın xeyir-duası ilə həyata keçirilir.
Onların fikrincə, burada da məqsəd Qarabağda yaşayan ermənilərin qovulmasına şərait yaratmaqdır. Bu belədirsə, Paşinyan ola bilsin həmin olayı ortaya atmaqla Qərb dairələrinə Brüsseldə əldə edilən razılaşmalara xalqın narazılığını əsas gətirməklə əməl edə bilməyəcəyini çatdırmaq istəyir.  

Keçirilən həmin saxta kampaniyada hazırkı baş nazirin əli yoxdursa, onda sözügedən addımın arxasında Paşinyan hakimiyyətini həzm edə bilməyən və xalqı ondan narazı salmaq niyyətində olan daxili və xarici qüvvələr dayanır. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin