Energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan bir sıra fransız şirkətlərinin təmsil olunduğu Fransa Biznes Konfederasiyasının (MEDEF International) nümayəndə heyəti arasında görüş keçirilib.
Bu barədə Bizim.Media-ya Energetika Nazirliyinə istinadən xəbər verir.
MEDEF-in Baş Direktoru Philippe Gautier qurumun fəaliyyəti və görüşdə iştirak edən şirkətlərin fəaliyyət istiqamətləri haqqında ümumi məlumat verərək, ölkəmizlə enerji sahəsində əlaqələri inkişaf etdirmək və genişləndirmək istəyini ifadə edib.
Görüşdə iştirak edən şirkətlərin külək və günəş enerjisi, “yaşıl hidrogen”, məişət və sənaye tullantılarının emalı ilə enerji istehsalı və digər sahələrdə malik olduqları qabaqcıl bilik və texnologiyaları Azərbaycanda tətbiq etməyə maraq göstərdiyi vurğulanıb.
Energetika naziri Pərviz Şahbazov Fransanın Azərbaycanın neft-qaz sektorunda təmsil olunduğunu qeyd edib.
“Abşeron” layihəsinin enerji sahəsində Azərbaycan-Fransa əlaqələrinə töhfəsinə diqqət çəkən nazir bərpa olunan enerji sahəsində də ikitərəfli əməkdaşlığın inkişafı üçün potensialın olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın “yaşıl enerji” potensialı, o cümlədən dənizdə külək enerjisi resursları, sahə üzrə institusional mühit, qarşıya qoyulan hədəflərin reallaşdırılması istiqamətində atılmış addımlar haqqında məlumat verilib.
İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, enerji infrastrukturunun bərpası üzrə görülən tədbirlərdən bəhs edilərək, bu ərazilər üçün hazırlanmış “yaşıl enerji zonası” konsepsiyası haqqında danışılıb. Bərpa olunan enerjidən istifadənin genişləndirilməsi istiqamətində özəl investisiyaların cəlbinin gündəlikdə duran prioritetlərdən biri kimi qəbul edildiyi diqqətə çatdırılıb və bu sahədə fransız şirkətləri ilə əməkdaşlıq imkanları barədə məlumat verilib.
Qeyd edək ki, 1992-ci ildən Azərbaycanla əməkdaşlıq edən MEDEF International Fransanın özəl sektorunu beynəlxalq səviyyədə təmsil edən və 7100-ə yaxın şirkəti özündə birləşdirən qeyri-kommersiya təşkilatıdır.
Qurumun əsas məqsədi fransız şirkətlərinin qabaqcıl təcrübələrini dünyada təşviq etməkdir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
02:26 / 08.04.2022
Pərviz Şahbazov Fransa nümayəndə heyəti ilə görüşdü - FOTO
Hazırda oxunan: Pərviz Şahbazov Fransa nümayəndə heyəti ilə görüşdü - FOTO
Hazırda oxunan: Pərviz Şahbazov Fransa nümayəndə heyəti ilə görüşdü - FOTO
68585
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.