Brüssel görüşündə əldə edilən 3 VACİB MƏQAM - Azərbaycan diplomatiyasının yeni uğuru

Hazırda oxunan: Brüssel görüşündə əldə edilən 3 VACİB MƏQAM - Azərbaycan diplomatiyasının yeni uğuru

68452

“Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüş başa çatıb. Görüşün təşkilinə vasitəçilik edən Avropa Şurasının Prezidenti Şarl Mişel mətbuat üçün açıqlama ilə çıxış edib. Görüş, eləcə də Prezident Mişelin açıqlaması bir sıra aspektlərdən diqqəti cəlb edir”. 

Bizim.Media xəbər verir ki, bu fikirlər deputat Vüqar Bayramova məxsusdur. 

O, görüşün 3 vacib məqamla yadda qaldığına diqqət çəkib:

“Əvəlla, tərəflər sülh müqaviləsinin reallaşması üçün öz istəklərini bəyan ediblər. Azərbaycan artıq 5 bəndlik sülh təkliflərini Ermənistana təqdim edib və ölkəmiz regionda sülhün yaranmasında maraqlı dövlətdir. Sülh anlaşmasının işlənməsi və hazırlanması üçün hər iki ölkənin xarici işlər nazirlikləri fəaliyyətlər həyata keçirəcəklər.  
 

MÖVZU İLƏ BAĞLI:

Avropa İttifaqının İlham Əliyev - Paşinyan görüşü ilə bağlı BƏYANATI - Birgə Sərhəd Komissiyası yaradıldı


İkincisi, aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması və iki ölkə arasında sərhədlərin delimitasiyası məsələlərinin müzakirəsinin davam etdirilməsi də razılaşdırılıb.

Üçüncü vacib məqamlardan biri də ölkələr arasında kommunikasiyaların bərpasıdır. Avropa İttifaqı dəmir yolu əlaqələrinin bərpası istiqamətində atılan addımları dəstəkləyərək avtomobil yolu əlaqəsinin də bərpası ilə bağlı tərəfləri səylər göstərməyə səsləyib. Bu Zəngəzur Dəhliznin reallaşması baxımından da vacib yanaşmadır.  Qeyd etmək lazımdır ki, İrəvanda müəyyən dairələr artıq anlayırlar ki, Zəngəzur dəhlizini əngəlləməklə Ermənistan yeni mühüm imkanları əldən buraxır. Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa və beynəlxalq yükdaşımalarda gəlir etməsinə imkan verə bilərdi”. 

Vüqar Bayramov Şarl Mişelin jurnalistlərə görüş sonrası verdiyi müsahibəsində səsləndirdiyi fikirlərə istinadla artıq sülh prosesinin başladığını qeyd edib: 

“Təbii ki, yeni mərhələdə Ermənistanın öz öhdəliklərinə əməl etməsi vacibdir. Amma İrəvan üçün getdikçə yollar daralır. Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi Şanlı Zəfərdən sonra Ermənistan üçün ölkəmizin 5 bəndlik sülh təkliflərini qəbul etmək ən rasional seçim kimi görsənir. 
Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudur.  “Qarabağ münaqişəsi” sözünün bir dəfə də işlədilmədiyi Avropa Şurasının son bəyanatı da artıq konfliktin həll olunduğundan və bütün yolların ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh anlaşmasının imzalanmasına apardığından xəbər verir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin