Artıq Qarabağ vəkil bürosu yaradılıb və o, Şuşada yerləşəcək.
Bizim.Media xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, həmin qurumun fəaliyyətinin təşkili üçün bütün lazımi səyləri göstəriləcək:
“Qarşımızda Qarabağ bölgəsində yeni vəkil qurumlarının yaradılması kimi şərəfli vəzifə dayanır. Dədə-baba yurdlarına, doğma torpaqlarına qayıdan vətəndaşlarımıza keyfiyyətli hüquqi yardım göstərilməli, onların hüquqi yardıma çatımlılığı təmin edilməlidir. Vəkillik bu vəzifəni də ən qısa zamanda yerinə yetirəcək. Beləliklə, Vəkillər Kollegiyası illər boyu hüquqi yardıma çatımlılığın təmin olunmadığı ərazilərimizdə fəaliyyət göstərəcək".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:40 / 29.12.2020
Qarabağ vəkil bürosu Şuşada yerləşəcək
Hazırda oxunan: Qarabağ vəkil bürosu Şuşada yerləşəcək
Hazırda oxunan: Qarabağ vəkil bürosu Şuşada yerləşəcək
6827
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.