Rusiya 28 dekabr tarixindən etibarən aparılan danışıqlar nəticəsində Azərbaycanın daha 15 müəssisəsindən pomidor idxalına icazə verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rosselxoznadzor məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya Azərbaycana pomidor qadağasını götürdü
Rusiya Azərbaycanın daha 4 müəssisəsindən pomidor idxalına icazə verdi
Məlumata əsasən, Rosselxoznadzor Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında, 2021-ci il yanvarın 1-dən etibarən Azərbaycanın 15 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilməsini mümkün hesab edir. Pomidor idxalına icazə verilən müəssisələr:
1. "Binə Aqro" QSC;
2. "AQROSELL" ASC;
3."Bakı Aqropark" ASC;
4."EKO AQRO" ASC;
5. Əhmədova Aidə Cavad qızı;
6."Zirə Aqrokompleks" ASC;
7. "BQ AQRO" ASC;
8. "Gözəl Təbiət" ASC;
9. "AGRO ART" ASC;
10. "AQRO-FAVORİT" ASC;
11. "Binə istixana kompleksi" ASC;
12. "SHAMKİR GREENHOUSE" ASC;
13. "GREEN TECH" ASC;
14. "BAKİNSKİ" ASC;
15. "POZİTRON" ASC.
Bizim.Media