Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media Prezidentin saytına istinadən bildirir ki, təbrikdə məktubunda belə deyilir:
“Hörmətli İlham Heydər oğlu".
"Sizi doğum gününüz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm".
"Dostluq, mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin əhəmiyyətli şəxsi töhfənizi qeyd etmək istərdim. Birgə səylərlə ticari-iqtisadi, elmi-texniki və mədəni-humanitar əməkdaşlığın inkişafı, müxtəlif sahələrdə böyük perspektivli layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradılır".
''Əminəm ki, qarşılıqlı fəaliyyətin bütün kompleksinin bundan sonra da gücləndirilməsi, yeni təşəbbüslərin təşviqi Rusiya və Azərbaycanın uzunmüddətli maraqlarına tam şəkildə cavab verir''.
''Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:52 / 29.12.2020
Rusiya hökumət başçısından İlham Əliyevə təbrik
Hazırda oxunan: Rusiya hökumət başçısından İlham Əliyevə təbrik
Hazırda oxunan: Rusiya hökumət başçısından İlham Əliyevə təbrik
6813
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.