Sahibə Qafarova Almatıda Simonyanla olan polemikasından DANIŞDI  

Hazırda oxunan: Sahibə Qafarova Almatıda Simonyanla olan polemikasından DANIŞDI  

68063

“Qazaxıstana MDB Parlament Assambleyasının 30 illiyinə həsr olunan tədbirlərdə iştirakım çərçivəsində bildirdim ki, Azərbaycan üçtərəfli bəyanata sadiqdir. Ermənistan bu bəyanatın tələblərini yerinə yetirməlidir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib. 

Onun sözlərinə görə, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən tam çıxarılmalıdır: 

"Qazaxıstana səfər çərçivəsində keçirilən zirvə görüşündə Ermənistan parlamentinin spikerinə 10 noyabr bəyanatının imzalanmasından sonra saxlanılan silahlıların Cenevrə Konvensiyasına görə hərbi əsir olmadıqları bildirildi. Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması ilə bağlı təkliflər göndərib və İrəvandan cavab gözləyir”. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin plenar iclası başladı – 17 məsələ müzakirə ediləcək


Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şurasının martın 29-da Almatı şəhərində keçirilən iclasında çıxışı zamanı Azərbaycan tərəfinin atəşkəsi pozduğunu iddia edib.

Sahibə Qafarova isə ittihamları rədd edərək Azərbaycanın üçtərəfli bəyanata sadiq olduğunu vurğulayıb. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin