“Təbii ki, ermənilərdən bu cür addımları gözləyirdik. Onlar tarix boyu təcavüzkarlıq və təxribat işləri ilə məşğul olub. Həm də ermənilərin xarakterinə uyğun məqam ondan ibarətdir ki, öz imzalarına hörmətlə yanaşmırlar, heç bir razılaşmanın şərtlərinə əməl etmirlər. Erməni təxribatlarının arxasında bir neçə məqamın dayandığını demək olar”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu səsləndirib.
Onun sözlərinə görə, təxribatların arxasında dayanan əsas məqam bəzi qüvvələrin siyasi karyera qurmaq istəyidir.
“Hesab edirəm ki, bu qüvvələr Paşinyana qarşı olan güclərdir. Çünki birgə bəyanatı Paşinyan imzalayıb və razılaşmanın şərtlərinə əməl olunmasına nəzarəti də birbaşa Nikol həyata keçirir. Amma bəyanatın şərtlərini pozaraq təxribatlar törədən, itkilərin olmasını şərtləndirən addımların atılması həm də Paşinyanın bu istiqamətdə fəaliyyətsizliyini göstərmək cəhdləridir. Paşinyana qarşı olan qüvvələr bundan özlərinin hakimiyyətlə bağlı istəklərini reallaşdırmaq üçün istifadə edə bilərlər”.
Millət vəkilinin fikrincə, məsələnin digər tərəfi də var:
“Razılaşmanın şərtlərinə əməl olunmasına görə məsuliyyət həm də Rusiya sülhməramlılarının üzərinə düşür. Regionda Rusiya sülhməramlılarının fəaliyyətinin səmərəli olmadığını sübut etməyə çalışan qüvvələr də ola bilər. Zənnimcə, bütün hallarda bu cür təxribatlar regionda sülhə və təhlükəsizliyə ciddi xələl gətirir. Bunun məsuliyyətinin kimə aid olmasından asılı olmayaraq Azərbaycan da öz mövqeyini nümayiş etdirir və təxribatların qarşısını qətiyyətlə alır.
Mövqeyim belədir ki, onlarla sərt davranmalıyıq ki, öz təxribatlarının özləri üçün nə qədər acı nəticələnəcəyini görsünlər. Ermənilərlə yalnız güc dilində danışmaq lazımdır. Azərbaycan tərəfi özünün güc mövqeyini göstərdi, Ermənistan Azərbaycanın, cənab Prezidentin dəmir yumruğunu gördü. Bu dəmir yumruğu davamlı olaraq ermənilərin başına endirmək gərəkdir. Heç bir halda onlara güzəşt etmək, onlarla humanist dildə danışmaq lazım deyil.
Millət vəkili Prezident İlham Əliyevi siyasi vandalizmdə günahlandıran “Rusiya Erməniləri Birliyi”nin rəhbəri Ara Abramyanın da fikirlərinə münasibət bildirib:
“Abramyanın fikirləri xəstə erməni təxəyyülündən başqa bir şey deyil. Bu cür yanaşma ilə Abramyanla yanaşı bütün ermənilər öz xəstə psixologiyalarını nümayiş etdirirlər. Məğlubiyyət ermənilərin faktiki mahiyyətini üzə qoyur. Dünya isə artıq bilir ki, ermənilər Azərbaycan xalqının mədəni irsinə qarşı nə dərəcədə qəddar terror aktları törədiblər”.
“Azərbaycan isə bütün xalqların, hətta ermənilərin də mədəni dəyərlərinə hörmətlə yanaşır” deyən Elşad Mirbəşiroğlu Bakıdakı erməni kilsəsinin qorunduğunu, Azərbaycanda yaşayan ermənilərə isti münasibəti nümunə gətirdi. Bütün bu faktlar isə, Abramyanın cəfəng fikirlərinin üstündən xətt çəkir”.
Millət vəkili açıqlamasının sonunda xəstə erməni təxəyyülünün nə vaxtsa sağalacağına inanmadığını dilə gətirdi.
Qeyd edək ki, Ara Abramyan Azərbaycan liderinə məktubunda həqiqətdən uzaq fikirlər deyib. O, Türkiyənin qədim abidələrinin erməni memarlar tərəfindən inşa olunduğunu, ilk Bakı neftini də ermənilərin çıxardığını qeyd edib. Lap “Ren TV”də erməni uydurmalarını məzhəkəyə qoyan reportaj yada düşür. Həmin videomaterialda rus aparıcı və jurnalist “Piramidaları da ermənilər tikib, İngiltərəyə də ilk dəfə ermənilər ayaq basıb” kinayələri ilə erməniləri gülüş hədəfinə çevirmişdi.
Anar Rəhimov, Bizim.Media