Rusiya Qarabağ meşələrindəki erməni silahlıları ilə bağlı problemi həll etməlidir – Açıqlama

Hazırda oxunan: Rusiya Qarabağ meşələrindəki erməni silahlıları ilə bağlı problemi həll etməlidir – Açıqlama

6784

Rusiyalı politoloq Kremlin Qarabağ meşələrində gizlənən qanunsuz erməni silahlıları ilə bağlı problemi həll etməli olduğunu söyləyib.

Bizim.Media xəbər verir ki, rusiyalı politoloq Sergey Markov “İnfo24”ə müsahibəsində bildirib ki, atəşkəsi pozmaq, məğlubiyyətin qisasını almaq istəyən və Qarabağı hələ də tərk etməyən erməni silahlıları Ermənistanın radikal qüvvələrinə xidmət edir.

“Həmin radikal güclər Qarabağda savaşın davam etməsini istəyirlər. Onlar hər vəchlə əldə olunan atəşkəsi pozmağa çalışırlar. Erməni silahlıları həm də rus sülhməramlıları üçün təhlükədir. Məncə həmin qanunsuz silahlılar Qarabağda yaşayan ermənilər və “Daşnaksütyun” partiyası ilə əlaqədədirlər. Adıçəkilən partiyanın isə terror təcrübəsi kifayət qədərdir”.

Markovun sözlərinə görə, erməni təxribatları həll olunması mühüm olan məsələdir:

“Düşünürəm ki, bunun qarşısını almaq üçün üçtərəfli hərbi əməliyyatlar həyata keçirilməlidir”,- deyə Markov fikrini tamamlayıb.

Qeyd edk ki, rusiyalı politoloq üçtərəfli hərbi əməliyyat deyəndə Qarabağda Azərbaycan-Ermənistan və sülhməramlıların birgə təhlükəsizlik tədbirlərini nəzərdə tutur.

Lakin bəzi əcnəbi və yerli ekspertlər düşünür ki, Azərbaycanın ərazisi daxilində Ermənistanla birgə əməliyyata lüzum yoxdur. Həm də müqavimət olacağı təqdirdə Azərbaycana görə Ermənistan ordusunun qanunsuz erməni silahlılarına atəş açacağı inandırıcı görünmür.  

Anar Rəhimov, Bizim.Media       

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin