Rus deputatların təhdidlərinin arxasında nə dayanır? – Kremli narahat edən SƏBƏBLƏR

Hazırda oxunan: Rus deputatların təhdidlərinin arxasında nə dayanır? – Kremli narahat edən SƏBƏBLƏR

67650

“Delyagindən sonra Şerin açıqlamasında heç bir təsadüf ola bilməz. Çünki təkrarlanan fikirlərlə bərabər, Rusiya dərin dövlətinin üzdəki siması olan Satanovski də Azərbaycanı və Türkiyəni hədələyib. Bütün bunların hamısı onu göstərir ki, Rusiya hərbi elitası Ukraynadakı biabırçılıqlardan diqqəti yayındırmaq istəyirlər.

Bu addımların arxasında Kremldə ciddi təsir gücü olan erməni mafiyası və eləcə də ölkəni parçalamaq istəyən qüvvələr dayanır. Hətta ermənilərlə birlikdə onların Qərbə işləməsi mümükündür”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirən RUSLAR KİMDİR?


Onun sözlərinə görə, Kremlin Azərbaycanla bağlı ciddi narahatlığı var bu tip açıqlamaların verilməsidə Moskvanın özünün qeyri-səmimi mövqeyi də var. Baş verənlər fonunda, Cümşüd Nuriyev 2 gün öncə Şarl Mişelin dəvətindən sonra Putinin həm Azərbaycan Prezidentinə, həm də Paşinyana zəng etməsinin də təsadüfi olmadığını qeyd edib. 

Politoloq, Kremli narahat edən səbəbləri isə bu cür təsnif edib:

1. Azərbaycan birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü tanıyır və dəfələrlə bunu gündəmə gətirib.

2. Azərbaycan Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat adı altında apardığı işğalçılıq siyasətini qəbul etmək istəmir və Ukraynaya əlindən gələn yardımları edir.

3. Rus sülhməramlıları Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmələrinə baxmayaraq, Qarabağda öz missiyalarını yerinə yetirmirlər.

“Azərbaycan tərəfi də bundan narahatdır. Eyni zamanda Azərbaycan Müdafiə Nazirliyi də Rusiyanın haqsız əməllərini ortaya qoydu. Həm bəyanat verildi, həm də Azərbaycan ordusu separatçıların hərəkətlərinə cavab verdi”, - deyə politoloq vurğulayıb. 

Cümşüd Nuriyev sülhməramlıların Qarabağdakı fəaliyyətindəki qeyri-müəyyənliyi Rusiya hərbi elitasındakı ciddi parçalanmalarla əlaqələndirib. Onun sözlərinə görə, ermənilərin yeni təxribatlar törətməsi də gözləniləndir, lakin Azərbaycan ordusu bunun cavabını layiqincə almağa qadirdir.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin