“Şuşa Bəyannaməsinin analoqu digər türk dövlətləri ilə də bağlanacaq” – Növbəti dövlət hansı OLACAQ? 

Hazırda oxunan: “Şuşa Bəyannaməsinin analoqu digər türk dövlətləri ilə də bağlanacaq” – Növbəti dövlət hansı OLACAQ? 

67621

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 29-da, 2 gün sonra isə Milli Məclisin spikeri Sahibə Qafarovanın Özbəkistana səfər edib. Hər iki rəsmi səfər zamanı Özbəkistan hökuməti ilə bir sıra sahələrdə əməkdaşlığı ehtiva edən razılaşmalar əldə olunub.

“Bu gün türk dünyasının addımları Azərbaycan və Türkiyə üzərindən atılır. Əgər türk dünyasının başı Türkiyədirsə, qəlbi Azərbaycandır. Çünki Azərbaycan elə bir ölkədir ki, həm Türk dünyasını, həm Avropa və Asiyanı bağlayabiləcək mövqedədir. Elə türk dünyasının özəyi də Azərbaycandan başlayır”, - Ramiyə Məmmədova bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşa Bəyannaməsi Türkiyədə rəsmən qüvvəyə mindi - Ərdoğan imza atdı


Bizim.Media-ya açıqlamasında politoloq Azərbaycan və Türkiyə rəsmilərinin Özbəkistana səfərlərini şərh edərkən, ilk öncə ölkəmizin imkanlarına diqqət çəkib:

“Yeni geosiyasi reallıqda Azərbaycanın strateji imkanları türk dünyasında bağlayıcı rol oynamağa imkan verir. Bu həm də Türkiyənin vahid birləşdirici qüvvə olmasının dünya siyasətində doğurduğu narahatlığı da aradan qaldırır. Çünki Türkiyənin lokomotiv rolunu oynamasına əks arqument kimi, Osmanlı ideyalarının inkifaşı məsələsi Qərbdə qabardılır.

Lakin Azərbaycanın da bu prosesdə aktiv iştirakı və Turan ideyalarının Azərbaycanın vasitəçiliyi ilə başlanması daha loyal qarşılanır. Çünki regionda əsas layihələr Azərbaycana yönələn xarici investisiyalar, yaxud da Azərbaycanın investisiyası hesabına həyata keçirilir”

Politoloq türk dövlətləri arasında inteqrasiyanın əhəmiyyətini 3 prizmadan şərh edib:

“Təbii ki, vahid Turan ideyasını bu gün reallaşdırmaq çətin olsa da, siyasi və iqtisadi əməkdaşlığa nail olmaq mümkündür. Artıq Qazaxıstan və Ukrayna olaylarında, eyni zamanda öz təcrübəmizdə biz şahid olduq ki, Rusiya təhsilli və arsenallı ordunun inkişaf perspektivi yoxdur. Əksinə Türkiyə təhsilli hərbçilərin daha uğurlu olduqları göz önündədir. Türk dövlətləri üçün NATO təcrübəsi olan Türkiyə ilə hərbi sferada əməkdaşlıq daha faydalıdır.
İkincisi, türkdilli dövlətlər iqtisadi sferada da Türkiyə ilə əməkdaşlığa can atırlar. Azərbaycanın Qarabağda qazandığı zəfərdən sonra isə, Azərbaycan da Türkiyə ilə birlikdə regionda gedən proseslərin əsas aktorlarından birinə çevrildi. Xüsusilə də, Zəngəzur dəhlizi fonunda inkişaf edən beynəlxalq layihələr digər türk dövlətlərinə də imkanlar yaradır. 

Üçüncüsü, Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi dövlətlər Rusiyadan asılılığı azaltmağa çalışırlar. Çünki Rusiyanın istənilən vaxt digər ölkələrə qarmaq atmasının mümkünlüyü bu ölkələrdə sığortalanmaq ehtiyacı yaradır. Rusiyanın təsirini isə, daha güclü dostun yanında dayanmaqla azalda bilərlər. Ukrayna məsələsində həmin gücün Qərbdə olmadığı görüldü. Bu rolu oynaya biləcək tək ölkə Türkiyədir”.

Ramiyə Məmmədova Türkiyə ilə digər türk dövlətləri arasında hərbi əməkdaşlığın inkişaf edəcəyinə əminliyini də dilə gətirib:

“Gələcəkdə digər türk dövlətlərilə Türkiyə arasında Şuşa Bəyannaməsinə bənzər hərbi sazişlərin bağlanmasına da şahid olacağıq. Qarabağ münaqişəsinin başa çatmasından sonra həmin ölkələr də Azərbaycan nümunəsində gördülər ki, Türkiyə ilə təhlükəsizlik sazişi Rusiyanın aqressiyasından qorunmaq üçün vacibdir. Bu səbəbdən Özbəkistandan sonra, Qazaxıstan və Qırğızıstanın da oxşar addımı atması mümkündür”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin