“Kreml vintləri biraz sıxmaq istəyir” – Zərdüşt Əlizadə

Hazırda oxunan: “Kreml vintləri biraz sıxmaq istəyir” – Zərdüşt Əlizadə

67603

Aprelin 1-də Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının müşavirəsi keçirilib. Müşavirədə daxili təhlükəsizlik sahəsində təhdidlərin qarşısının alınması üçün əlavə tədbirlərin görülməsi müzakirə olunur.

“Bu gün daxili təhlükəsizlik sahəsində təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün əlavə tədbirlərlə bağlı məsələni müzakirə edəcəyik”, - V.Putin elan edib.

Rusiya hökumətinin birdən-birə daxili təhlükəsizlik problemini müzakirəyə çıxarması isə, ölkə daxilində Kremlə qarşı narazılığın və etirazların gözlənildiyini deməyə əsas verir. Əkər ekspertlərin qənaəti də elə bu yöndə idi ki, Qərbin Rusiyanı Ukraynada savaşa sürükləməkdə başlıca məqsədi şimal qonşumuzu daxili böhrana sürükləmək olub.
 

MÖVZU İLƏ BAĞLI:

“Rusiyanın hərbi məğlubiyyəti qaçılmazdır” – Zərdüşt Əlizadədən PROQNOZ


Artıq bir çox siyasilərdəki fikir ayrılığı da müşahidə olunmaqdadır. Hətta Qərbin sifarişini icra edən bəzi psevdo-siyasətçilər Rusiyaya dost ölkələri də öz çıxışları ilə narazı salmağa çalışırlar. Ölkədə parçalanmanın ilkin işartıları görünməkdədir. Necə deyərlər, çəmbər daralır.

Təhlükəsizlik Şurasının toplanması qərarını Bizim.Media üçün şərh edən politoloq Zərdüşt Əlizadə bunun əsassız olmadğını bildirib:

“Görünür biraz “vintləri sıxmaq”, biraz da insanların hüquq və azadlıqlarını, xüsusilə də, fikrini sərbəst ifadə etmək və sərbəst toplaşmaq hüquqlarını məhdudlaşdırmaq istəyirlər”.

Bunun hakimiyyətin dayaqlarını möhkəmləndirmək üçün atılan addım olduğun bildirən politoloq görüləcək tədbirlərin hansı nəticələri doğuracağına da aydınlıq gətirib:

“Rus xalqı daha bədbəxt yaşayacaq. Onsuz da bədbəxtdir, biraz da bədbəxt olacaqlar. Vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırdıqda dövlət yalnız kasıblaya bilər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin