Hesabatı verən partiyaların adları niyə siyahıda yoxdur? – MSK səbəbi açıqladı

Hazırda oxunan: Hesabatı verən partiyaların adları niyə siyahıda yoxdur? – MSK səbəbi açıqladı

67508

Xəbər verdiyimiz kimi, Azərbaycandakı siyasi partiyaların 2021-ci il üçün maliyyə hesabatlarını təqdim etməsi üçün son tarix aprelin 1-də başa çatıb.

Mərkəzi Seçki Komissiyasının açıqladığı son statistiksaya görə isə, 58 partiyadan yalnız 34-ü bu günə qədər maliyyə hesabatlarını təqdim edib.

Lakin Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli və Sosial Rifah Partiyasının sədri Əsli Kazımlı müvafiq olaraq martın 29-da və 30-da hesabatları MSK-ya təqdim etdiklərini bildiriblər.

Həmin partiyaların adlarına isə aprelin 1-də dərc olunan siyahıda rast gəlmək mümkün olmayıb.

Mövzuya Bizim.Media üçün aydınlıq gətirən Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov anlaşmazlığın səbəbini bu cür izah edib:

“Səbəb odur ki, partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim etdikdən sonra, Komissiya onları internet səhifəsinə yerləşdiməlidir. Bunun üçün isə, hesabatlar tam şəkildə uyğun olmalıdır. Hesabatlar təqdim olunduqdan sonra bir neçə gün ərzində onlar araşdırılır və sonra saytımızda yerləşdirilir. Müzakirə müddətində partiyalarla əlaqə saxlanılır və problemli məqamların birgə həllinə nail olmağa çalışırıq. Lakin nəticə etibarılə, təqdim olunan bütün hesabatlar MSK-nın internet səhifəsinə yerləşdiriləcək”.

Mikayıl Rəhimov hesabatları təqdim etməyən partiyalarla bağlı da məlumat verib:

“Əvvəlki illərdə bir neçə partiya maliyyə hesabatlarını təqdim etməyib. Onların da sədrləri rəhmətə gedib, ya da partiya strukturlarının fəaliyyəti yoxdur. Bizim Ədliyyə Nazirliyindən aldığımız arayışda müvafiq partiyaların sədrlərinin dünyasını dəyişdikləri bildirilib. Digər partiyaların, demək olar ki, hamısı maliyyə hesabatlarını təqdim edirlər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin