“Ermənistanın təqdim etdiyi mina xəritələrinin yalnız 25 faizi faydalı olub” - Hikmət Hacıyev 

Hazırda oxunan: “Ermənistanın təqdim etdiyi mina xəritələrinin yalnız 25 faizi faydalı olub” - Hikmət Hacıyev 

67438

“Azərbaycanın işğaldan azad edilmiş əraziləri dünyada ən çox minalarla çirklənmiş ərazilərdən biridir”. 

Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın açılışında çıxışı zaman deyib. 

O qeyd edib ki, ermənilər tərəfindən həmin ərazilərdə millyonlarla mina basdırılıb.

“Onlar ərazilərimizdə ağac yerinə minalar basdırıb. Minalar partlaması nəticəsində həm hərbçilər, həm mülki insanlar həlak olub, yaralanıb. Təəssüflər olsun ki, Ermənistan tərəfindən təqdim edilən mina xəritələrinin yalnız 25 faizi faydalı olub”, - deyə H.Hacıyev vurğulayıb. 

O bildirib ki, Azərbaycan ərazilərin minalardan təmizlənməsi üçün geniş miqyaslı işlər görür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin