“AMEA-nın dövlət büdcəsindən maliyyələşməsi dayandırılmalıdır” - EKSPERT 

Hazırda oxunan: “AMEA-nın dövlət büdcəsindən maliyyələşməsi dayandırılmalıdır” - EKSPERT 

6735

AMEA dövlət büdcəsindən ən çox vəsait alan qurumlardan biridir. Buna baxmayaraq, fiksasiyadan başqa heç nə ilə məşğul deyillər.

Azərbaycanın heç bir elmi nailiyyəti yoxdu, beynəlxalq nüfuzlu jurnallarda onların fəaliyyətini görə bilmirik, məqalələrinə az rast gəlinir.

Əgər hər hansı bir kəşf, elmi müddəa varsa, onun da AMEA-ya heç bir dəxli yoxdur. Onu həmin insanlar öz çalışmaları hesabına fərdi şəkildə əldə edirlər.

Bu fikirləri Bizim.Media-nın “DİSPUT”una qoşulan təhsil üzrə ekspert Kamran Əsədov söyləyir.
 

MÖVZU İLƏ BAĞLI:

MİLLƏT VƏKİLİ: “AMEA-nın rəhbərliyi qapalı mühit formalaşdırıb”
 


“Akademiyanın fəaliyəti istər dünya miqyasında, istərsə də yerli əmək bazarında çox az hiss olunur. Hesab edirəm ki, onların fəaliyyətini tənzimləyən normativ sənədlərdə əhəmiyyətli dəyişikliklər edilməlidir, nizamnaməsi yenidən işlənib hazırlanmalıdır.

Bundan sonra AMEA-nın dövlət büdcəsindən maliyyələşməsi dayandırılmalı, publik hüquqi şəxsə çevrilməli və göstərdiyi xidmətlərə görə gəlir əldə etməlidir.

Bu həm də AMEA-nın nüfuzunun artmasına xidmət edəcəkdir. Qurumda kifayət qədər insan cəmləşsə də, elmi nəticələri mövcud potensialdan və imkanlardan dəfələrlə azdır”, - deyə o vurğulayıb.

Məlumat üçün bildirək ki, hazırda Ramiz Mehdiyevin rəhbərlik etdiyi Azərbaycan Milli Elmlər Akdemiyasında 10300-dən yuxarı əməkdaş, o cümlədən, 5500-ə yaxın elmi işçi, 500-ə yaxın elmlər doktoru, 2000-dən yuxarı elmlər namizədi çalışır. Akademiyanın 60 həqiqi üzvü və 107 müxbir üzvü var.  

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin