Maliyyə hesabatı təqdim etməyən partiyalardan AÇIQLAMA – “MSK siyahını yeniləməyib”

Hazırda oxunan: Maliyyə hesabatı təqdim etməyən partiyalardan AÇIQLAMA – “MSK siyahını yeniləməyib”

67290

Mərkəzi Seçki Komissiyasının martın 30-da verdiyi açıqlamaya görə, Azərbaycandakı siyasi partiyalardan ancaq 53%-dən bir qədər artığı 2021-ci il üçün maliyyə hesabatını təqdim edib.

Hesabatı təqdim etmək üçün son tarix martın 31-də olsa da, xeyli sayda partiyanın hesabatı hələ də MSK-ya çatdırılmayıb.

Sözügedən partiyaların siyahısında olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bizim.Media-ya verdiyi açıqlamasında hesabatın hələ də təqdim olunmamasının xüsusi bir səbəbi olmadığını qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Maliyyə hesabatını vaxtında təqdim etməyən partiyaları nə gözləyir? – MSK AÇIQLADI 


“Partiyamız dövlət tərəfindən maliyyələşdirilmir ki, hər hansı hesabatımız olsun. Göstəriş verilib, partiyanın ümumi şöbəsinin müdiri tərəfindən hesabat hazırlanıb, MSK-ya təqdim ediləcək. Sadəcə olaraq, biz elə bir maliyyə əməliyyatları aparmırıq. Kim maliyyə əməliyyatları aparırsa, o hesabat verməlidir. Lakin ümumi qanun qəbul olunub, biz də məcburuq hər dəfə hesabat göndərək ki, heç bir maliyyə imkanımız yoxdur”.

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımlı hesabatın artıq təqdim olunduğunu bildirib:

“Biz dünən (martın 30-da) günortadan sonra hesabatı təqdim etmişik. Yəqin ki, hesabat əvvəlki günün göstəricisi əsasında hazırlanıb. Yəqin ki, bu səbəbdən ötürü partiyamızın adı qeyd olunmayıb”.

REAL partiyasının icrayyə komitəsinin sədri Natiq Cəfərli də hesabatın MSK-ya təqdim olunduğunu açıqlayıb:

“Biz 2 gün öncə, martın 29-da hesabatımız MSK-ya təqdim olunub. Yəqin ki, MSK məlumatı yeniləməyib”.
Qeyd edək ki, MSK katibi Mikayıl Rəhimov hesabatı müvafiq tarixə qədər təqdim etməyən partiyalara qarşı inzibati tənbeh tədbirlərinin görülə biləcəyini, lakin bu günə qədər hər hansı partiyaya qarşı cəza tədbirinin görülmədiyini açıqlayıb.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin