Azərbaycanda Türkiyə hərbi bazaları yerləşdiriləcəkmi? - Fazil Mustafanın PROQNOZU

Hazırda oxunan: Azərbaycanda Türkiyə hərbi bazaları yerləşdiriləcəkmi? - Fazil Mustafanın PROQNOZU

67153

Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin məlum təhdidlərindən sonra ölkə ictimaiyyətində Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması məsələsi geniş müzakirə olunur.

Bu addımın atılmasının həm Azərbaycanın təhlükəsizliyini daha da artıracağı, eyni zamanda xarici təhdidləri minimuma endirəcəyi qeyd olunur.

Bəs, yaxın perspektivdə sözügedən addımın atılmasına ehtiyac varmı?

Sualı Bizim.Media üçün cavablandıran millət vəkili Fazil Mustafa təhdid qarşısında Türkiyənin Azərbaycanın yanında mövqe tutmasını xüsusilə vurğulayıb:

“Türkiyənin Azərbaycana dəstəyi ilə bağlı hər hansı əlavə tədbirin görülməsinə ehtiyac yoxdur. Şuşa Bəyannaməsi imzalanıb, parlamentdə qəbul olunub.Ona görə də, bu hədələr Azərbaycan üçün boş şeydir. Çünki bunlar Türkiyəyə yönələn hədədir. Türkiyədən açıqlama gəldi ki, Azərbaycana qarşı hədə bizə qarşı hədə kimi qiymətləndirəcək. Ona görə də hər hansı narahatlığımız olmamalıdır”.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya-Ukrayna müharibəsinə görə Azərbaycana pul göndərmək olmur? – Fazil Mustafadan SOS


Millət vəkilinin sözlərinə görə, sadalanan səbəblərdən dolayı hər hansı əlavə addımın atılmasına ehtiyac yoxdur:

“Onsuzda bizim əlaqələr o səviyyədədir ki, Türkiyə Azərbaycandan öz dəstəyini əsigəməyəcək. Bunu göstərmək üçün hər hansı addım atmağımızın indiki məqamda o qədər də faydalı olacağını düşünmürəm. Onsuz da kifayət qədər Türkiyə qüvvəsi Azərbaycanla iç-içədir. Ona görə də, hər hansı problem yaşamağımız mümkün deyil”.

Fazil Mustafa Rusiyada ən yüksək səviyyədə üzr istənildiyini qeyd edərək, bunun Azərbaycanla hədə dili ilə danışmağın mümkünsüz olduğunun göstəricisi olduğunu sözlərinə əlavə edib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin