Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Azərbaycana gəldi

Hazırda oxunan: Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Azərbaycana gəldi

67073

Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Ceyms Heppi Azərbaycana səfərə gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib. 

Bir günlük səfər çərçivəsində britaniyalı nazir Bakıda yüksək səviyyəli görüşlər keçirəcək. 

Britaniyalı nazirin Prezident İlham Əliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri nəzərdə tutulub. 

Görüşlərdə Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu il dönümündə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları, Ukraynadakı hazırkı vəziyyət, Ermənistanla bağlı həll edilməmiş məsələlər və sülh prosesinin gedişatı müzakirə olunacaq. 

Nazir həmçinin minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edəcək. 

Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Şəhidlər Xiyabanını da ziyarət edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin