Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Misirlə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının otuzuncu ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
“Misir ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının otuzuncu ildönümü münasibətilə Misir Ərəb Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və dost ölkənizin hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Ölkələrimiz arasında ikitərəfli münasibətlər həmişə konstruktiv əməkdaşlıq və qarşılıqlı hörmətlə səciyyələnib, eyni zamanda, Misir və Azərbaycan dövlətlərinin və xalqlarının ümumi maraqlarına nail olmaq üçün ciddi iş aparılıb. Həmçinin iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq mühüm nailiyyətlərin əldə edilməsində həmişə səmərəli və uğurlu olub, indi də davam edir.
Misirin və Azərbaycanın, eləcə də onların dost xalqlarının mənafeləri naminə qarşılıqlı maraq kəsb edən sahələrdə, xüsusilə enerji, tikinti, əczaçılıq sənayesi və mədənçıxarma sahələrində ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi üçün birgə işləmək bizim üçün çox vacibdir.
Zati-aliləri cənab Prezident, dost ölkənizə və xalqınıza sabitlik, tərəqqi arzu edir, Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:35 / 29.03.2022
Misir dövlət başçısı Prezident İlham Əliyevə MƏKTUB YAZDI
Hazırda oxunan: Misir dövlət başçısı Prezident İlham Əliyevə MƏKTUB YAZDI
Hazırda oxunan: Misir dövlət başçısı Prezident İlham Əliyevə MƏKTUB YAZDI
66997
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.