Rusiyadan Qarabağda baş verənlərlə bağlı YENİ AÇIQLAMA

Hazırda oxunan: Rusiyadan Qarabağda baş verənlərlə bağlı YENİ AÇIQLAMA

66990

"Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üzrə səylərini davam etdirir".

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, sülhməramlı qüvvələrinin məsuliyyət zonasında baş vermiş insidentlərlə bağlı Rusiyanın mövqeyinin 26 mart bəyanatında əks olunduğunu deyib:

"Biz təkidlə tərəfləri 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın icrasını təmin etməyə çağırmışıq. Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin deskalasiyası üzrə ciddi addımlar atır. Eyni zamanda, sülhməramlılar üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq fəaliyyət göstərir.

Üç ölkə liderlərinin mövcud razılaşmalarına əsaslanaraq Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası, regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə səylərimizi davam etdiririk", - deyə M.Zaxarova əlavə edib.
Rusiya XİN sözçüsü rəsmi Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına yönəlmək üçün də kömək göstərəcəklərini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin