Ombudsman Səbinə Əliyeva Xocavənddə bir hərbi qulluqçumuzun şəhid olması, bir əsgərimizin isə yaralanması ilə bağlı müraciət yayıb.
Ombudsman Aparatından Bizim.Media-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə 27 dekabr 2020-ci il tarixində Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində Azərbaycan Ordusunun bölmələrinə hücum edib, nəticədə bir hərbi qulluqçumuz şəhid olub, bir əsgərimiz isə yaralanıb:
"İnsan hüquqlarına mühüm təhlükə yaradan bu hadisəni beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının, o cümlədən Cenevrə Konvensiyalarının bir daha kobud şəkildə pozulması faktı kimi qiymətləndirir və sərt şəkildə pisləyirik''.
''Eyni zamanda Ermənistan tərəfini Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin 2020-ci ilin 10 noyabr tarixində imzaladıqları birgə Bəyanata əməl etməyə və insan hüquqlarının pozulmasına səbəb olan belə qeyri-qanuni əməllərdən çəkinməyə çağırırıq"
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:27 / 28.12.2020
Ombudsman Ermənistana çağırış etdi
Hazırda oxunan: Ombudsman Ermənistana çağırış etdi
Hazırda oxunan: Ombudsman Ermənistana çağırış etdi
6677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.