Siyasətçilər Ayaz Mütəllibov BARƏDƏ: “Xalqla birləşə bilmədi”

Hazırda oxunan: Siyasətçilər Ayaz Mütəllibov BARƏDƏ: “Xalqla birləşə bilmədi”

66741

“Dövrün ziddiyyətlərindən baş çıxara bilmədiyindən Azərbaycan tarixində o qədər də parlaq şəxs kimi yer tuta bilmədi”.  

Bunu Bizim.Media-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə 1990-1992-ci illərdə Azərbaycana rəhbərlik etmiş və bu gün vəfat edən eks-prezident Ayaz Mütəllibovun fəaliyyətini dəyərləndirərkən deyib:

“Ayaz Mütəllibov Azərbaycanın birinci prezidenti olub. Onun dövründə Azərbaycanda əhəmiyyətli hadisələr baş verib. Azərbaycanın müstəqilliyi əldə olunub. Amma Mütəllibovun bu sahə üzrə fəaliyyəti az olub. O daha çox Rusiyaya meylli olub. SSRİ-nin qorunub saxlanılması ilə bağlı referendumun keçirilməsilə yadda qalıb. Düzdür, öz xarakterindən irəli gələn müsbət cəhətləri də də olub. Bir sıra məsələlərdə loyal münasibətilə yadda qalıb”.
 

MÖVZU İLƏ BAĞLI:

Mehriban Əliyeva Ayaz Mütəllibovun dəfni ilə bağlı GÖSTƏRİŞ VERDİ - ÖZƏL


ADP sədri Sərdar Cəlaloğlu isə eks-prezident barədə bu qənaətdədir:

“Ayaz Mütəllibovun faciəsi onun mürəkkəb bir dövrdə prezident olması ilə bağlı idi. SSRİ dağılırdı, amma hələ də onun qalacağına ümid edən adamlar var idi ki, onlardan biri də Mütəllibov idi. O, siyasi cəhətdən dünyada və SSRİ məkanında gedən hadisələri düzgün təhlil edib nəticə çıxara bilmədi. Ona görə də 1991-ci ilin avqust çevrilişini müdafiə etdi, Azərbaycandakı istiqlalçı qüvvələrlə dil tapa bilmədi. O, xalqla birləşə bilmədi”.  

“Bacardığını edib”. 

KXCP sədri Mirmahmud Mirəlioğlu A. Mütəllibovu özünəməxsus insan kimi dəyərləndirdi: “Ayaz Mütəllibov öz əməllərini göstərdiyi fəaliyyəti və hakimiyyəti dövründəki Azərbaycana olan münasibətilə göstərib. Özünə məxsus insan olub və bacardığını edib”.

“Zaman onun zamanı deyildi, hay-küy zamanı idi”.

ASDP sədri Araz Əlizadə eks-prezident barədə müsbət fikirdə olduğunu bildirdi:

“Azad Azərbaycanın ilk prezidenti olub. Ölkəmizin inkişafı üçün əlindən gələni edib. Amma zaman onun zamanı deyildi, hay-küy zamanı idi. O isə ağıllı işlər görmək istəyirdi. Güclü iqtisadçı və mehriban insan olub. Azərbaycan üçün çox işlər görə bilərdi. Amma əfsuslar ki, qaragüruh buna imkan vermədi”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin