Milli Şuranın komissiya sədri, keçmiş deputat Gültəkin Hacıbəylini xüsusi ittiham qaydasında məhkəməyə vermiş Aynur Mehdiyevanın özünün insan alveri və əməyin istismarı kimi cinayətlərindən zərər çəkmiş filippinli qurban Llanto Fe Diazın qanunsuz olaraq ölkədən çıxarılması riski artıb. “Azadlıq”x9da daxil olan məlumata görə, insan alveri qurbanı olan bu qadını dünən Dövlət Miqrasiya Xidmətinə apararaq, “surətini çıxarmaq”x9d bəhanəsilə pasportunu qanunsuz şəkildə əlindən alaraq qaytarmayıblar. Fe Diaz idarədə uzun müdət gözləsə də, bu zaman onun “pasportunun surətini çıxarmaq”x9d üçün yetərli olmayıb.
Llanto Fe Diaza eyni zamanda, yanvarın 6-da ölkədən çıxarılacağı barədə məlumat da verilib.
Xatırladaq ki, filippinli qadın insan alverinin qurbanı kimi immiqrant statusu almaq üçün Miqrasiya Xidmətinə müraciət etsə də, Daxili Işlər Nazirliyinin Insan Alverinə qarşı Mübarizə Idarəsinin buna razılıq vermədiyi bildirilib. Səbəb isə Llanto Fe Diazın məhkəmə hökmündən narazı olması və hökmdən kassasiya şikayəti verməsidir. Zərərçəkmişi isə narazı salan həm də budur ki, bir ildən artıq müddətdə istismara məruz qalıb, insan alveri cinayətinin qurbanı olsa da, Aynur Mehdiyeva tərəfindən ona bir manat da olsun maddi təzminat ödənilməyib. Buna baxmayaraq, Aynur Mehdiyeva həbs edilməyib - bir il sınaq müddəti olmaqla, 8 il 6 ay şərti cəza alıb.
Xatırladaq ki, Aynur Mehdiyeva Gültəkin Hacıbəylinin keçmiş baldızıdır. O, eləcə də qardaşı Mahmud Mehdiyev xeyli vaxtdır ki, Gültəkin Hacıbəyliyə qarşı kampaniyada aktiv iştirak edir. Məhz buna görə də hələ məhkəmə prosesi başlananda gözlənilirdi ki, Aynur Mehdiyevanın bu xidmətləri nəzərə alınacaq və o, həbs edilməyəcək. Gözləntilər özünü doğrultdu - insan alveri cinayətinə görə başqaları 10-12 il həbs cəzası aldığı halda, Aynur Mehdiyeva fərqli münasibət oldu. Həmçinin Gültəkin Hacıbəylinin həyat yoldaşı olmuş Mahmud Mehdiyev də 2010-cu ildə “prokurorluq əməkdaşına yaraşmayan hərəkətlərə görə”x9d Zakir Qaralovun əmri ilə qovulduğu prokurorluq orqanlarına qaytarıldı. O, Gültəkin Hacıbəyliyə qarşı mətbuat konfransı keçirib, onu məhkəməyə verəndən bir müddət sonra Xətai rayon prokurorluğuna müstəntiq təyinatı aldı.
Hazırda Llanto Fe Diaz insan alverinin qurbanı kimi məhkəmə çəkişməsində olduğu bir mərhələdə, onun pastortunun əlindən alınıb, özünün də məcburi şəkildə ölkədən çıxarılması, həyatına təhlükə olan ölkəyə göndərilməsi Azərbaycanın insan alverilə mübarizə sahəsində tərəfdar çıxdığı beynəlxalq öhdəliklərlə ziddiyyət təşkil edir. Eyni zamanda, insan alverinin qurbanına qarşı bu davranışın ölkənin nüfuzuna böyük zərbə olacağı şübhəsizdir.
Llanto Fe Diazın vəkili Elçin Sadıqov bu məsələ ilə əlaqədar Daxili Işlər nazirinin müavini, Insan Alverinə qarşı mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazova rəsmi müraciət edib, Beynəlxalq Miqrasiya Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının uyğun strukturları da baş verən qanunsuzluqlar haqda məlumatlandırılıb.































































































