Bəzi dünya mediasında yazılır ki, guya Azərbaycanda ermənilərə qarşı “Mədəni genosid” həyata keçirilir. Ölkəmizdə bir vaxtlar baş Ravvin olan Şnor Siqal “Yerusəlimpost” qəzetində həmin yazılara kəskin münasibətini bildirib.
Bizim.Media xəbər verir ki, o, öncə Azərbaycanda gördüyü tolerantlıqdan söz açıb və bildirib ki, Dağlıq Qarabağda sülhün bərqərar olması Bakı küçələrində bayram əhval-ruhiyyəsi yaradıb.
“30 il Azərbaycan torpaqlarının qeyri-qanuni zəbt olunmasından sonra ilk dəfə 700 mindən çox məcburi köçkün öz torpaqlarına geri dönə biləcək.
Bəlkə də bu bayram ab-havasında İsrail bayraqlarının Azərbaycanda insanlar tərəfindən dalğalandırılmasını gözləmirdik.
Yəhudi dini lider kimi bu, mənə təəccüblü gəldi. Azərbaycan müxtəlif dinlər arasında fərq qoymayan, bütün xalqlara, millətlərə hörmət göstərən bir ölkədir.
Azərbaycan elə bir ölkə deyil ki, ermənilərlə problemi xristianlığa görə olsun. Bu ölkədə bütün dinlərin nümayəndələri sərbəst ibadət edirlər.
Azərbaycanda xristianlar, katoliklər sünni və şiələrlə bərabər yaşayır. Bizim 25 minlik dağ yəhudiləri və 30 minlik erməni də bu cərgədədir.
Bu insanlar Azərbaycanı vətəni kimi görürlər.
Biz bərabər yaşayır və işləyirik, Azərbaycan dövləti katoliklər üçün öz icmalarını qurmasına və kilsə tikilməsinə maliyyə ayrılıb və icazə verib. Papa Fransis 2016 – cı ildə bunu dünya üçün böyük addım, sülh üçün nümunə kimi qiymətləndirib.
Mənim tanıdığım Azərbaycan budur. Dünya mediası tərəfindən başqa cür anlatılan Azərbaycan deyil.
Azərbaycanda ermənilərə aid heç bir şey dağıdılmayıb. “Mədəniyyət genosidi” adlı bu çirkin ifadə təəssüf ki, dünyada bir çox media orqanlarında yayımlanır.
Bu yaxınlarda bir erməni Kəlbəcərdəki bütün müsəlman abidələrini məhv edəcəyini demişdi.
Azərbaycanda baş Ravvin olmamışdan əvvəl bu ölkəyə gələndə burada dinlər arası tolerantlıq, insanların heç bir başqa din xadiminə təhqiredici ifadələr işlətməməsinin şahidi olmuşdum.
Biz Azərbaycana atılan bu iftiraları yaxşı başa düşürük. Mən bu ölkədəki müsəlman bacı və qardaşlarımı müdafiə etməyi özümə bir borc bilirəm”, - deyə o yekunlaşdırıb.
Vüqar Ağamalıoğlu, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:05 / 28.12.2020
Azərbaycanda ermənilərə aid heç bir abidə dağıdılmayıb – YƏHUDİ RAVVİN
Hazırda oxunan: Azərbaycanda ermənilərə aid heç bir abidə dağıdılmayıb – YƏHUDİ RAVVİN
Hazırda oxunan: Azərbaycanda ermənilərə aid heç bir abidə dağıdılmayıb – YƏHUDİ RAVVİN
6608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.