ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident, Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı arzulayıram. Bu yenilənmə zamanı əməkdaşlığımızı və sülhə sadiqliyimizi yenidən təsdiqləmək üçün bir imkandır.
Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir.
Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik.
Birləşmiş Ştatlar hökuməti adından Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:25 / 20.03.2022
Co Baydendən İlham Əliyevə: “Yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”
Hazırda oxunan: Co Baydendən İlham Əliyevə: “Yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”
Hazırda oxunan: Co Baydendən İlham Əliyevə: “Yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”
65799
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.